2017-ci il ərzində Xocavənd rayonu Qaradağlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində görülmüş işlər və qarşıda duran vəzifələr barədə hesabat yığıncağı keçirilmişdir
12.01.2018-ci il tarixdə “2017-ci il ərzində Xocavənd rayonu Qaradağlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində görülmüş işlər və qarşıda duran vəzifələr barədə hesabat yığıncağı keçirilmişdir. Yığıncaqda Xocavənd RİH başçısı aparatının İnformasiya təminatı və təhlil sektorunun müdiri Tahirov David Zakir oğlu, Xocavənd Rayon Həmkarlar İttifaqının sədri Məmmədov Bəhruz Məmməd oğlu, Xocavənd 10 saylı əsas məktəbin direktoru Quliyev Taleh Həsən oğlu, Xocavənd Rayon Baytarlıq İdarəsinin həkimi, Qaradağlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin məsul işçiləri və Qaradağlı kənd sakinləri iştirak etmişlər.
Qaradağlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Cavay Hüseynov 2017-ci ildə gördüyü işlər barədə çıxış edərək, ilk növbədə tədbir iştirakçılarını və qonaqları salamladı, onları yeni il münasibəti ilə təbrik etdi, hər birinə uğurlar arzuladı. Bildirdi ki, Qaradağlı kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi öz işini Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, Nazirlər Kabineti və Milli məclisin qərarları, Xocavənd Rayon İcra Hakimiyyəti başçının əmr və sərəncam göstərişinə uyğun olaraq qurur. Qaradağlı kənd inzibati ərazi dairəsi üzrə mümayəndəliyində 2017-ci il ərzində 19 uşaq doğulmuş, 4 nəfər vəfat etmiş, 37 nəfər qeydiyyatdan çıxmış ( Ailə həyatı quraraq daimi qeydiyyat yerini dəyşməklə), 17 nəfər qeydiyyata düşmüş, 4 ailə nigahı bağlanmış, 1 ailə nigahı pozulmuşdur. Hal-hazırda yəni, 01.01.2018-ci il tarixə Qaradağlı kənd əhalisinin sayı 1815 nəfər, təsərrüfatların sayı isə 462-dir. Ötən illə müqaisədə 5 ailə artmış, 5 nəfər azalmışdır. 2017-ci il ərzində 1815 nəfər kənd əhalisindən 25 nəfəri xarici ölkədə, 2 nəfər həbsdə, 21 nəfəri hərbi xidmətdə, 19.04.2016 02/370 məktuba əsasən 2 nəfər, 374 nəfər müxtəlif maddələrlə çıxanlar və 169 nəfər statusu olmayanları çıxmaqla yemək xərci alan vətəndaşlar 1222 nəfər təşkil edir. 2017-2018-ci tədris ilində 10 nəfər tələbə Ali məktəbi bitirmiş, 7 nəfər isə yeni tələbə adını alaraq Ali məktəbə daxil olmuşdur. Ümumilikdə 2017-2018-ci tədris ilində 32 nəfər tələbə Ali və orta ixtisas məktəblərində təhsil alır. Nümayəndəlik 2017-ci il ərzində vətəndaşlara müxtəlif ünvanlara 514 ədəd arayış vermiş, digər təşkilatlardan 32 ədəd məktub, sərəncam və şura qərarları daxil omuş, kənar təşkilatlara 65 ədəd məktub göndərilmişdir. Daxil olmuş yazılı ərizələr 03 ədəd, şifahi sorğular və təkliflər 157 ədəddir. Qaradağlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlyi Şəhid ailələri, Qarabağ əlilləri, Çernobıl əlilləri və aztəminatlı aillərlə ğörüşlər keçirilmış, onların problemləri ilə bağlı mütamadı olaraq təklifləri, şikayətləri qismən də olsa həyata keçirmişdir. Əlavə olaraq 17.02.2017-ci il tarixdə Qaradağlının anım günü Rayon İcra Hakimiyyəti tərəfindən Şəhid və imkansız ailələrə verilən yardımlar tərəfimizdən öz ünvanlarına çatdırılmışdır. 2017-ci ilin yay biçini zamanı ümumi 513 ha torpaq sahəsindən 1010 ton dənli bitkilər tədarük olunmuşdur. Onlardan 510 ha sahədən 1004.7 ton buğda, 3 ha sahədən isə 5,4 ton arpa təşkil edir. 2017-ci il payızlıq əkinində Qaradağlı kəndi üzrə cəmi 496,2 ha torpaq sahəsi varki, onun 492,6 ha –sı əkilmiş, 3,6 ha sahə isə dincə qoyulmuişdur. Həmin əkilmiş sahəni 455,8 ha buğda, 4,2 ha arpa, 23,6 ha köhnə yonca və 9 ha təzə yonca təşkil edir. 01.01.2018-ci il tarixə ümumilikdə Qaradağlı kəndi üzrə iri buynuzlu mal-qaranın sayı 325 baş, o cümlədən inəklər 122 baş, xırda buynuzlu heyvanlar 4085 baş, keçilər 220 baş, atlar 22 , ev quşları 3417-dir. Azərbaycan Respublikası regionlarının sosial inkişafına dair “Dövlət Proqramı”nın uğurla davam etdirilməsi nəticəsində bölgələrin hərtərəfli inkişafı təmin edilmiş, “Dövlət Proqramı” çərçivəsində həyata keçirilən genişmiqyaslı tədbirlər ölkənin iqtisadi inkişaf strategiyasının mühüm istiqaməti kimi aktuallığını və önəmliliyini qoruyub saxlamışdır. Qəbul edilmiş “Dövlət Proqramı”na uyğun olaraq respublikanın müxtəlif bölgələrində məcburi köçkünlər üçün inşa edilmiş qəsəbələrdə Xocavənd Rayon Qaradağlı kənd sakinlərindən 2017-ci il daxil olmaqla ümumilikdə 195 ailə, 804 nəfər evlə təmin olunmuşdur. Onlardan 19 ailə, 39 nəfəri Şəhid ailəsi, 6 ailə, 30 nəfəri isə Milli Münaqişə Zəmnində əlil olanlardır. Evlə təmin olunmayan 267 ailə, 1011 nəfərdir ki, onların da 13 ailə, 24 nəfəri statusu olmayanlardır. 2017-ci il ərzində gənclərin həqiqi hərbi xidmətə çağrışı vatlı-vaxtında təşkil edilmişdir. Yeniyetmə gənclər arasında vətənpərvərlik və Azərbaycan Dövlətçiliyinə sədaqət hissinin gücləndirilməsi ilə bağlı bir sıra tədbirlər keçirilmiş və fərdi qaydada söhbətlər aparılmışdır. Qaradağlı kəndi üzrə 01.01.2018-ci il tarixə 21 nəfər həqiqi hərbi xidmətdədir.
Hesabatda çıxış edən Xocavənd RİH başçısı aparatının İnformasiya təminatı və təhlil sektorunun müdiri Tahirov David Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında səsləndirilən fikirlərə toxunaraq qeyd etdi ki, dünyada davam edən iqtisadi və maliyyə böhranı fonunda ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan iqtisadiyyatı davamlı şəkildə inkişaf etməkdədir. D. Tahirov sonra qeyd etdi ki, Azərbaycan iqtisadiyyatının əsasını neft sənayesi təşkil etsə də, son illərin inkişaf dinamikasının təhlili göstərir ki, ölkədə qeyri-neft sənayesi, ümumilikdə qeyri-neft sektorunun çəkisi sürətlə artmaqdadır. İqtisadiyyatın şaxələndirilməsi üçün dövlət başçısı cənab İlham Əliyevin imzaladığı sərəncamlar və təsdiq etdiyi inkişaf proqramları qeyri-neft sektorunda böyük canlanmaya səbəb olmuşdur. Sonda 2017-ci ilin yekunları ilə bağlı Rayon İcra Hakimiyyəti başçısının Qaradağlı inzibati ərazi dairələri üzrə nümayəndəsinin hesabat məruzələrində əksini tapan nöqsan və çatışmazlıqların və sakinlər tərəfindən qaldırılan problemlərin həlli ilə əlaqədar tədbirlər planının işlənib hazırlanması və icrasının nəzarətə götürülməsi barədə qərar qəbul edildi.