Şriftin ölçüsü :

Saytın rəngi :

“2017-ci il ərzində Xocavənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində görülmüş işlər və qarşıda duran vəzifələr” barədə hesabat yığıncağı keçirildi.

17 yanvar 2018 | 16:00

        1 7 yanvar 2018-ci il tarixdə Ağcabədi şəhəri, 556 mənzilli hündürmərtəbəli yaşayış massivi, 1 saylı MKİS binasının akt zalında “2017-ci il ərzində Xocavənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində görülmüş işlər və qarşıda duran vəzifələr” barədə hesabat yığıncağı keçirildi. Hesabat yığıncağında Xocavənd Rayon Icra Hakimiyyətinin başçısı cənab Eyvaz Hüseynov, başçının müavini- İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əfsanə xanım Quliyeva, Rayon Polis Şöbəsinin rəisi Yadigar Hüseynov, Rayon Prokuroru Namiq Muradov, DTX-nin Xocavənd rayon bölməsinin rəisi Namiq Qarayev, Rayon Təhsil Şöbəsinin müdiri Ümidvar Məmmədov və Mərkəzi Xəstəxananın baş həkimi Rüfət Hüseynov iştirak etmişdir.
            2017-ci il ərzində görülən işlər barədə hesabat məruzəsi ilə çıxış edən Xocavənd KİƏD üzrə nümayəndə İltifat İbrahimov bildirdi ki, Xocavənd kəndinin əhalisi hal-hazırda Respublikamızın 19 şəhər və rayonunda məskunlaşmışdır. İl ərzində əhalinin məcburi köçkün kimi məskunlaşdıqları yerlər bir daha dəqiqləşdirilmiş və onların problemləri ilə yerində maraqlanılmış, lazımi köməkliklər olunmuşdur. İltifat İbrahimov bildirmişdir ki, İcra nümayəndəliyində mütəmadi olaraq vətəndaşlar qəbul edilmiş, ərizə və şikayətlərinə baxılmışdır. Hər bir müraciət tam dəqiqliklə araşdırılmış və vətəndaşa lazımi köməklik edilmişdir. Hesabat dövrü ərzində 98 nəfər şifahi müraciət etmiş və onlara lazımi köməklik göstərilmişdir. Bundan əlavə vətəndaşlara 468 ədəd müxtəlif adda arayış verilmişdir. 2017-ci ilin əvvəlinə təsərrüfatların sayı 529, əhalinin sayı 2252 nəfər olduğu halda, ilin sonuna 534 təsərrüfat, əhalinin sayı isə 2256 nəfər olmuşdur. İl ərzində nümayəndəlik üzrə 25 uşaq doğulub, 10 nəfər dünyasını dəyişib, 33 nəfər qeydiyyata düşmüş, 44 nəfər isə qeydiyyatdan çıxmışdır. Doğulan uşaqlar arasında ölü və doğuşdan sonra uşaq ölümü qeydə alınmamışdır.
             2017-ci il ərzində Xocavənd rayon Xocavənd kəndi üzrə 5 ailənin Xəzər rayon Energetika pansionatından, 19 ailənin isə Binəqədi rayon H.Babaşov küçəsindəki tikintisi yarımçıq qalmış binadan köçürülərək hər bir şəraitə malik yeni mənzillərlə təmin olunduğunu bildirən İ. İbrahimov kənd sakinləri adından ölkə başçısı İlham Əliyev cənablarına və Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirdi.
             Hesabat yığıncağında Xocavənd kənd Azəri məhəllə mədəniyyət evinin müdiri Asif İbrahimov , kənd xəstəxanasının baş həkimi Vaqif Səfərov 2017-ci ildə görülmüş işlər və qarşıda duran vəzifələrə dair məruzə ilə çıxış etdilər. Hesabat yığıncağında çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında səsləndirilən fikirlərə toxunaraq qeyd etdi ki, dünyada davam edən iqtisadi və maliyyə böhranı fonunda ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan iqtisadiyyatı davamlı şəkildə inkişaf etməkdədir. Hesabat dövründə düşünülmüş siyasət və iqtisadi sahədə aparılan islahatlar sayəsində qarşıda duran sosial-iqtisadi vəzifələrin uğurla icra edilməsi nəticəsində ölkəmizin uğurlu inkişafı istiqamətində önəmli addımlar atılmışdır. Milli inkişaf modelinin uğurla tətbiqi və hədəflənən nəticələrin əldə olunması, sosial-siyasi islahatların davamlı olaraq həyata keçirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, vətəndaş cəmiyyəti və hüquqi dövlətin inkişafına maksimum əlverişli şəraitin yaradılması, möhkəm təməllərə söykənən ictimai-siyasi sabitliyin təmin və mühafizə olunması, ölkəmizin beynəlxalq münasibətlər sistemində nüfuz və gücünün sürətlə artması müasir müstəqil Azərbaycanın gerçəkliklərini təşkil edir. Ölkənin davamlı inkişafının təmin olunmasında, dünya iqtisadiyyatındakı böhran meyllərinin, enerji bazarında davam edən qiymətlərin kəskin enməsinin mənfi təsirinin qarşısının alınmasında cənab Prezidentin böyük uzaqgörənliklə həyata keçirdiyi sosial-iqtisadi siyasət, o cümlədən bu siyasətin prioritet istiqamətlərindən olan iqtisadiyyatın şaxələndirilməsi həlledici rola malik olmuşdur. Başçı Ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri, Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamızın dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması haqqında da geniş məlumat verərək bildirmişdir ki, Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin siyasi, iqtisadi əsaslarını yaratmış, xalqın müstəqil və güclü dövlətə sahib olmaq arzusunu reallığa çevirmiş fenomen şəxsiyyət kimi çağdaş tariximizdə əbədiyaşarlıq qazanmışdır. Ulu Öndərin müstəqillik konsepsiyasının, sosial-iqtisadi inkişaf strategiyasının uzaqgörənliyi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin qazandığı böyük uğurlarda bir daha tarixi təsdiqini tapır. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin milli dövlətçilik kursunu uğurla həyata keçirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü məqəsdyönlü siyasətin uğurları sayəsində Azərbaycan iqtisadiyyatı artım dinamikasını və sosial inkişaf səviyyəsini qoruya bilmişdir. Ölkədə güclü sabitlik potensialının yaradılması şəraitində geçəkləşdirilən antiböhran siyasəti iqtisadi sabitliyin qorunmasına müvafiq imkanlar yaratmışdır. 2017-ci il il neft-qaz sektorunda baş vermiş çox əlamətdar hadisə “Əsrin kontraktı”nın uzadılması və “Azəri-Çıraq-Günəşli” yatağının gələcəkdə işlənilməsi ilə bağlı yeni kontraktın imzalanmasıdır. “Şahdəniz-2”, qazımızı Gürcüstana qədər çatdıran Cənubi Qafqaz kəməri, TANAP və TAP layihələrinin uğurlu icrası təmin edilir. Eyni zamanda daha bir tarixi layihə olan Bakı-Tbilisi-Qars dəmir yolunun rəsmi açılışı oldu ki, bu da çox mühüm, əlamətdar hadisədir. Sosial-iqtisadi inkişaf tempi baxımından beynəlxalq miqyasda nümunəvi ölkələrdən biri olmaq kimi möhtəşəm nailiyyətlərə imza atmağı bacarmış Azərbaycanı xarakterizə edən mühüm cəhətlərdən biri də məhz ölkəmizdə yüksək səmərəli sosialyönümlü siyasətin həyata keçirilməsidir. Bu gün öz iqtisadi inkişafında sosialyönümlülük prinsipini əsas götürən dövlət olaraq, Azərbaycanda cənab Prezident İlham Əliyevin rəhbərliyi altında qeyd olunan istiqamət üzrə dəqiq düşünülmüş, qabaqcıl dünya təcrübəsinə cavab verən, eyni zamanda, ölkə və cəmiyyət reallıqlarını nəzərə alan mükəmməl siyasət həyata keçirilir. Bu siyasət bazar iqtisadiyyatı şəraitində sosial ədalət, əhalinin bütün təbəqələri üçün bərabər sosial təminat sisteminin yaradılması kimi mühüm prinsipləri özündə ehtiva edir. Ötən dövrdə dünyada sabitlik və təhlükəsizlik məsələlərinin mühüm önəm daşıdığı məqamda regionlardakı qeyri-sabitlik, xalqların və ölkələrin dinc qonşuluq şəraitində yaşamalarına göstərilən təhdidlər dövlətlərin öz potensiallarını inkişaf etdirməsini, vətəndaşların rifah halının yaxşılaşdırmasını nisbətən çətinləşdirir. Dünyanın bu və ya digər bölgəsində yaşanan gərginlikdən, müharibələrdən, siyasi-iqtisadi böhranlardan insanların əziyyət çəkdikləri bir dövrdə, dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşının, insan amiliin dayandığı müharibə şəraitində olan dövlətimiz dünya ölkələrinə nümunə göstərilə bilər. Başçı eyni zamanda qeyd etmişdir ki, öz yurdlarından zorla qovulmuş soydaşlarımızın sosial problemlərinin həlli və mənzil-məişət şəraitinin yaxşılaşdırılması daim ölkə rəhbərinin diqqət mərkəzində olmuş, ötən il də qaçqın və məcburi köçkünlər üçün yeni binalar tikilmiş, qəsəbələrin salınması davam etdirilmişdir. Ancaq onların arasında Cocuq Mərcanlı qəsəbəsi xüsusi yer tutur. Bu, bizim şanlı tariximizə qızıl hərflərlə yazılan hadisədir. İşğaldan azad edilmiş Cocuq Mərcanlı kəndi bərpa edildi və orada 50 ev, məktəb, Şuşa məscidinin bənzəri olan məscid tikilib, yol çəkilib, bütün infrastruktur yaradılıb. Cocuq Mərcanlıdan olan ailələr oraya qayıdır. Açılışda iştirak edən cənab Prezidentin növbəti Sərəncamına uyğun olaraq növbəti 100 evin, tibb məntəqəsinin və digər lazımi obyektlərin tikintisi davam etdirilir.
           Birinci vitse- prezident xanım Mehriban Əliyevanın təhsilin, səhiyyənin, mədəniyyətin, idmanın inkişafına, ekologiyanın qorunmasına diqqəti, hər il ölkə vətəndaşlarının pulsuz müayinənə cəlb olunması, şəhid və əlil ailələrinə, qaçın və məcburi köçkünlərə, aztəminatlı ailələrə, internat və qocalar evlərində yaşayanlara dövlət qayğısı haqqında da söhbət açan başçı bildirdi ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva Azərbaycanı layiqincə təmsil edən, ölkəmizdə və dünyada xeyriyyəçi, humanist fəaliyyəti ilə seçilən, həmçinin, mədəniyyətə, idmana qayğı ilə yanaşan, elm, təhsil, səhiyyə sahələrində respublikada və beynəlxalq miqyasda böyük işlər görən bir ictimai-siyasi xadim kimi tanınır. Azərbaycanın birinci xanımının ali məramlı fəaliyyəti bəhs etdiyimiz ayrı-ayrı sahələrin inkişafında müstəsna rol oynamaqla ölkəmizin tərəqqisinə mühüm töhfələr verir.
           Hesabat məruzələri ətrafında çıxış edən qəsəbə sakinləri hesabat məruzələrinə münasibət bildirdilər və qəsəbədə həlli vacib məsələlərə toxundular.

 

 

Keçidlər