Şriftin ölçüsü :

Saytın rəngi :

44 Günlük Vətən müharibəsində şəhid olmuş gizir Göyüşov Məzahir Niyaz oğlunun və əsgər Nüsrətli Ceyhun Aqil oğlunun ildönümü münasibətilə anım tədbiri keçirilmişdir.

30 sentyabr 2023 | 12:52
  30 sentyabr 2023-cü il tarixdə Xocavənd qəsəbəsində yerləşən Şəhidlər məzarlığında 44 Günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarından keçərək qəhrəmancasına şəhid olmuş gizir Göyüşov Məzahir Niyaz oğlunun və əsgər Nüsrətli Ceyhun Aqil oğlunun ildönümü münasibətilə anım tədbiri keçirilmişdir.
  Tədbir iştirakçıları öncə şəhidlərin məzarları önünə qərənfillər düzmüş, onların əziz xatirəsinə ehtiramlarını bildirmişlər. Daha sonra canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə dualar oxunmuş, xatirələri bir dəqiqəlik sükutla yad edilmişdir.
  Tədbirdə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov çıxış edərək bildirmişdir ki, Ermənistan silahlı qüvvələrinin 2020-ci il sentyabrın 27-də törətdiyi növbəti hərbi təxribata cavab olaraq, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı, cənab Prezident İlham Əliyevin əmri ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələri əks-hücum əməliyyatlarına başlamış və 44 gün davam edən Vətən müharibəsi rəşadətli Ordumuzun qələbəsi ilə başa çatmışdır. Eyvaz Hüseynov Vətən müharibəsində iştirak edərək qəhrəmancasına şəhid olmuş Göyüşov Məzahir Niyaz oğlunun və Nüsrətli Ceyhunn Aqil oğlunun döyüş yolu barədə tədbir iştirakçılarına ətraflı məlumat verərək Şəhidin valideynlərinə və ailə üzvlərinə belə qəhrəman övladlar böyütdükləri üçün minnətdarlığını bildirmişdir. Başçı Məzahir, Ceyhun kimi qəhrəman övladların igidliyi, qəhrəmanlığı, şücaəti nəticəsində 30 illik vətən həsrətinə son qoyulduğunu, belə qəhrəman igidlərin sayəsində mənfur düşmənin Qarabağdan tam olaraq təmizləndiyini tədbir iştiraçılarının nəzərinə çatdırmışdır.
  Tədbirdə Şəhidin döyüş yoldaşları, bir vaxtlar təhsil aldıqları məktəbin müəllimləri çıxış edərək Şəhidlərimiz barədə xatirələrini bölüşmüş, 44 günlük Zəfər tariximizdən geniş söhbət açmış , Şəhidlərimizin canı, qanı hesabına qazandığımız qələbənin Azərbaycan tarixinin ən şanlı səhifəsi kimi dəyərləndirmişlər.
  Çıxış edən Şəhid valideynləri övladlarının qəhrəmanlığı ilə fəxr etdiklərini bildirmiş, Şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildirmişlər.
  Sonda Tuğ kənd və Qaradağlı kənd tam orta məktəblərinin sagirdlərinin hazırladıqları bədii kompazisiyalar tədbir iştirakçılarına təqdim olunmuşdur.
Keçidlər