Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanlı kənd tam orta məktəbində 20 Yanvar faciəsinin 28-ci ildönümü münasibətilə tədbir keçirilib.

19 yanvar 2018 | 16:00

          19 yanvar 2018-ci il tarixdə Nərimanlı kənd tam orta məktəbində 20 Yanvar faciəsinin 28-ci ildönümü münasibətilə tədbir keçirilib. Tədbirdə çıxış edən məktəbin direktoru Aidə Zülfüqarova qeyd etmişdir ki, 20 Yanvar hadisəsi xalqımızın tarixinə həkk olunmuş ən qanlı faciələrdəndir. Keçmiş Sovet İmperiyası ordusu qarşısına silahsız, əliyalın çıxaraq canlarından keçən 20 Yanvar şəhidləri müasir tariximizin qəhrəmanları olmuşlar. Tarixdə bənzəri olmayan bu cür qəddarlıq və vəhşilik XX əsrin sonunda dünyanın gözü qarşısında baş vermiş, əliyalın, dinc, mülki əhali kütləvi qətliama məruz qalmışdır. O zaman yalnız Ümummilli liderimiz Heydər Əliyev bütün çətinliklərə baxmayaraq siyasi iradə nümayiş etdirərək Moskvadakı Azərbaycan nümayəndəliyinə gəlmiş və SSRİ rəhbərliyinin törətdiyi bu cinayəti qətiyyətlə ittiham edərək bəyanatla çıxış etmişdir. Azərbaycan rəhbərliyinə qayıdışdan sonra Heydər Əliyevin təşəbbüsü ilə 1994-cu ilin yanvar ayında Milli Məclisdə Azərbaycan xalqına qarşı təcavüzkar olan faciəvi 20 Yanvar hadisələrinə siyasi qiymət verdi. Bu faciəyə ilk hüquqi qiyməti Ulu öndər Heydər Əliyev vermiş, 20 Yanvar hadisələri haqqında həqiqətlərin dünya dövlətlərinə və beynəlxalq ictimaiyyətə çatdırılması üçün təsirli tədbirlər görülmüşdür.
       Tədbidə həmçinin bildirilmişdir ki, 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. Bu gün müstəqil Azərbaycan dövlətinin tarixinə qanlı 20 Yanvar faciəsi xalqımızın şərəf və qəhrəmanlıq səhifəsi kimi yazılmışdır.
     Tədbirdə vətənpərvərlik şeirləri səsləndirilmiş, məktəbin şagirdlərinin ifasında 20 Yanvar faciəsi ilə bağlı ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.

Keçidlər