Şriftin ölçüsü :

Saytın rəngi :

15 fevral 2018-ci il tarixdə "Soyqırımı Qaradağlı" filmi nümayiş olunmuşdur.

15 fevral 2018 | 16:00

         15 fevral 2018-ci il tarixdə Xocavənd rayon Mədəniyyət evində "Soyqırımı Qaradağlı" filmi nümayiş olunmuşdur. Rayon ümumtəhsil müəssisələrinin yuxarı sinif şagirdlərinin iştirak etdiyi tədbirdə Qaradağlı faciəsi haqqında geniş məlumat verilmişdir.
Bildirilmişdir ki, Qaradağlı kəndinin 800-ə yaxın sakinindən 91 nəfər qətlə yetirilmişdir ki, bu da kənd sakinlərinin hər 10 nəfərindən biri deməkdir. Münaqişə başlanan dövrdən etibarən Qaradağlı kəndinin dinc sakinləri hər gün ermənilərin terror hücumuna məruz qalmış, təxribatlar nəticəsində 1992 ci il fevral ayının əvvələrinə kimi 19 nəfər kənd sakini qətlə yetirilmişdir. 17 fevral 1992-ci il tarixdə Qaradağlının işğalı günü kəndə 118 nəfər olmuşdur ki, onların hamısı əsir götürülmüşdür. Bunlardan 54 nəfəri öldürülmüş, 50 nəfər böyük çətinliklə əsirlikdən azad edilmişdir. Sağ gələnlərin böyük əksəriyyəti əsirlikdə çəkdikləri əzabdan, vurulmuş iynələrin təsirindən sonralar vəfat etmişlər. Sağ gələnlər erməni vəhşiliklərindən, erməni vandalizmindən söhbət açdıqca insan vahimələnir, diri-diri insanların basdırılması, dişlərinin çəkilməsi, üzlərinin tüklərinin yolunması, ac-susuz saxlanmaları, döyülərək öldürülməsi insanlığa sığmayan haldır. Bu hadisələr zamanı 10 qadın, 8 məktəbli qətlə yetirilmişdir. İşğal nəticəsində Qaradağlı kəndində 200 yaşayış evi, 1 mədəniyyət evi, 320 yerlik orta məktəb binası, 25 çarpayılıq xəstəxana binası və çoxlu sayda digər obyektlər dağıdılmışdır. Kənddə 2 ailənin hər birindən 4 nəfər öldürülmüş, 42 ailə öz başçısını itirmiş, 140-a yaxın uşaq yetim qalmışdır.
        Cəzasızlıq şəraitinin nəticəsidir ki, Qaradağlı faciəsindən cəmi bir neçə gün sonra əli qaradağlıların günahsız qanına bulaşmış ermənilər XX əsrin ən böyük faciələrindən biri, insanlığa qarşı törədilmiş qanlı cinayət əməli olan Xocalı soyqırımını törətdilər.

Keçidlər