Şriftin ölçüsü :

Saytın rəngi :

“2 Fevral - Azərbaycan Gəncləri günü”nə həsr olunmuş mərasim keçirildi

02 fevral 2013 | 16:00

Xocavənd Rayon İcra Hakimiyyəti 01 fevral 2013-cü il tarixdə Xocavənd rayon Mədəniyyət evində “Azərbaycan Gəncləri günü”nə həsr olunmuş mərasim keçirdi. 95 nəfərin qatıldığı tədbirdə gənclərlə bərabər Rayon İcra Hakimiyyətinin başçısı, məsul işçiləri, və bir çox idarə, müəssisə və təşkilat rəhbərləri də iştirak edirdilər. Tədbir iştirakçıları əvvəlcə Xocavənd qəsəbəsində ucaldılan Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək, abidəsi önünə gül dəstələri qoymuşlar.
Tədbiri Rayon Gənclər və İdman idarəsinin rəisi Aslan Quliyevin giriş nitqi ilə açıq elan etdi. Dövlət himni səsləndirildi. O, ilk olaraq gəncləri təbrik etdi, dövlətin gənclərlə iş və idman sahəsində yürütdüyü siyasətdən danışdı. Qeyd etdi ki, son illər Azərbaycanın iqtisadi cəhətdən daha da güclənməsi, beynəlxalq nüfuzunun artması, regionda lider dövlətə çevrilməsi möhtərəm Prezidentimizin məqsədyönlü siyasətinin bəhrəsidir.
Tədbirdə Xocavənd RİHA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Babək Əliyev,Hüquq şöbəsinin məsləhətçisi Nasir Quliyev və Salakətin kənd tam orta məktəbin müəllimi Ramil Haqverdiyev də nitq söylədilər. Bildirdilər ki, gənclər bütün dövrlərdə dövlətin aparıcı qüvvəsi olmuş, cəmiyyətdə baş verən proseslərin önündə getmişlər. Hər bir dövlət, millət öz gələcəyini məhz gənclərdə görür və onların inkişafı üçün çalışır. Azərbaycan gəncliyi indi müxtəlif dilləri öyrənir. Normal və sağlam rəqabətdə gəncliyin formalaşması ölkəmizin inkişafına güclü təkan verə bilər.
Tədbirin sonunda rayon İcra Hakimiyyəti başçısı Eyvaz Hüseynov da çıxış etdi. O, gəncləri təbrik etdi, onlara dəyərli tövsiyyələr verdi. Qeyd etdi ki, Azərbaycan gəncliyi daim sağlam, gümrah, dərin biliyə malik olmalı və öz üzərində çalışmalıdır. Azərbaycan gəncliyi ölkə rəhbəri cənab İlham Əliyevin siyasi kursunu dəstəkləyir və həmişə də dəstəkləyəcəkdir. Azərbaycan gəncliyinin tərəqqisinə, gələcəkdə daha firavan yaşayacağına əminik. Ərazi bütövlüyümüzün bərpası bizim ümdə, ən əsas vəzifəmizdir və gənclərimizin hər biri öz çalışdığı sahədə əlindən gələni etməlidir ki, bu arzular, bu istəklər gerçəkləşsin. Eyvaz Hüseynov qeyd etdi ki, Azərbaycanın gələcəyi parlaqdır, çünki yüksək səviyyəli təhsil alan gənclər hadisələri vaxtında və düzgün dəyərləndirməyə qadirdirlər. Bu, Azərbaycan dövləti tərəfindən onlara yaradılan şəraitin, ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasətin nəticəsidir. Sonda natiq bildirdi ki, Xocavənd rayon gəncləri həmişə olduğu kimi bu gün də, sabah da Heydər Əliyev siyasətinin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında daha sıx birləşərək torpaqlarımızın azadlığı uğrunda mübarizəyə qalxmağa hazırdır.
 

Keçidlər