Şriftin ölçüsü :

Saytın rəngi :

Xocavənd Rayon İcra Hakimiyyətinin Başçısının “2012-ci il ərzində görülmüş işlərin yekunları və qarşıda duran vəzifələr” barədə hesabat iclası keçirilmişdir

06 fevral 2013 | 16:00

04 Fevral 2013-cü il tarixdə Yeni Xocavənd qəsəbəsi Rayon Mədəniyyət Evində “2012-ci il ərzində Xocavənd Rayonunda görülmüş işlər və qarşıda duran vəzifələr” barəsində Rayon İcra Hakimiyyəti başçısının hesabatı ilə əlaqədar olaraq toplantı keçirilmişdir. Toplantıda rayon idarə, müəssisə və təşkilat rəhbərləri ilə yanaşı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhəçisi Rövşən Ağayev və Millət Vəkili Elman Məmmədov da iştirak etmişdir. Toplantını giriş nitqi ilə açan Rayon İcra Hakimiyyəti başçısı Eyvaz Hüseynov 2012-ci il ərzində görülmüş işlər barəsində ətraflı məlumatlar verdi. Bu zaman ötən ilin göstəriciləri ilə bağlı qeyd edilən məlumatlar Mədəniyyət Evində quraşdırılmış manitor vasitəsi ilə toplantı iştirakçılarının diqqətinə çatdırıldı. Daha sonra çıxış edən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhəçisi Rövşən Ağayev və Millət Vəkili Elman Məmmədov görülmüş işləri yüksək qiymətləndirməklə yanaşı qarşıda duran 2013-cü ilin görülməsi nəzərdə tutulan işlər baxımından daha böyük məsuliyyətlər tələb etdiyini qeyd etdilər. Toplantı 2012-ci il ərzində idman sahəsində fərqlənmiş idmançıların təltif edilməsi və yekun olaraq toplantı iştirakçılarının Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə müraciətin qəbul edilməsi ilə başa çatdı.

Keçidlər