25 fevral 2018-ci il tarixdə Xocavənd rayon İdman Kompleksində Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş güləş yarışı keçirilmişdir.
25 fevral 2018-ci il tarixdə Xocavənd rayon İdman Kompleksində Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş güləş yarışı keçirilmişdir. Bərdə, Beyləqan, Ağdam və Xocavənd rayon idman məktəblərinin şagirdlərinin iştirak etdiyi yarışda Xocalı soyqırımı haqqında idmançılara geniş məlumat verimişdir. Bildirilmişdir ki, Cinayətkar erməni qoşunlarının vəhşiliyi nəticəsində Xocalı əhalisindən 613 nəfər öldürülmüş, 487 nəfər şikəst olmuş, 1275 nəfər dinc sakin - qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqir və həqarətlərinə məruz qalmışlar. 150 nəfərin taleyi hələ də məlum deyildir. Bu əsl soyqırım idi. Xocalıda öldürülmüş 613 nəfərdən 106 nəfəri qadın, 63 nəfəri uşaq, 70 nəfəri qoca insanlar olmuşlar. Xocalı faciəsində 8 ailə bütövlükdə məhv edilmiş, 24 uşaq hər iki valideynini, 130 uşaq isə valideyinlərindən birini itirmişdir.Bu cinayətdə 56 nəfər xüsusi qəddarlıqla və amansızlıqla qətlə yetirlimişdir. Onlar diri-diri yandırılmış, başları kəsilmiş, üzlərinin dərisi soyulmuş, körpə uşaqların gözləri çıxarılmış, süngü ilə hamilə qadınların qarınları yarılmışdır. Ermənilər hətta meyitləri də təhqir etmişlər.
Gərgin mübarizə şəraitində keçən yarışın qalibləri sonda mükafatlandırılmışlar