Şriftin ölçüsü :

Saytın rəngi :

Xocavənd Rayon Ağsaqqallar Şurasının təsis edilməsi münasibətilə toplantı keçirilmişdir

08 fevral 2013 | 16:00

06 Fevral 2013-cü il tarixdə Yeni Xocavənd qəsəbəsi Rayon İcra Hakimiyyəti binasında yerləşən “Akt zalında” Xocavənd Rayon Ağsaqqallar Şurasının təsis edilməsi münasibətilə toplantı keçirilmişdir. Toplantıda çıxış edən Rayon İcra Hakimiyyəti başçısı Eyvaz Hüseynov Respublikamızda ağsaqqal hərakatının çox qədim və zəngin ən-ənələri olduğunu qeyd etmişdir. Eyvaz Hüseynov müdriklərimizin “ Tanrısız yerdə otur ancaq ağsaqqalsız yerdə oturma” fikrini qeyd etmişdir. Tarixən ağsaqqalların öz müdrik hikmətli sözləri ilə elə-obaya nəsihət vermiş yaxşı mənada mentalitetin yaranmasında böyük rol oynadıqların bildirmişdir. Bu gün baş verən sürətli inkişaf insanların bir-birinə. dövlət və cəmiyyətə qarşı yaranmış münasibətlərdəki naqisliklərin yalnız ağsaqqal sözü, nəsihəti ilə düzəltməyin mümkünlüyün vurğulamışdır. Bu münasibətlə də Respublikamızın hər bir yerində olduğu kimi Xocavənd Rayonunda da “Ağsaqqallar Şurası”-nı təsis etməyin vacibliyin qeyd etmişdir. Rayonumuzda Ağsaqqallar Şurasının təsis edilməsi münasibəti ilə bütün ağsaqqalları təbrik edən Eyvaz Hüseynov hər kəsə uğurlar arzuladı. Daha sonra rayon ağsaqqalları çıxış edərək Respublikamızda baş verən ictimai-siyasi proseslərə cəlb olunmaqlarından, onların həyat təcrübələrindən istifadə edilməsindən yüksək məmnunluq hisləri keçirdiklərin bildirmişlər. Daha sonra Xocavənd Rayon Ağsaqqallar Şurasının 17 nəfərdən ibarət İdarə Heyyəti, sədr, 2 nəfər müavin və Respublika Ağsaqqallar Şurası Qurultayına nümayəndə seçildi.

Keçidlər