19 mart 2018-ci il tarixdə Xocavənd qəsəbəsində Novruz şənliyi keçirilmişdir.
Novruz şənliyi keçirilmişdir
19 mart 2018-ci il tarixdə Xocavənd qəsəbəsində xalqımızın ən gözəl bayramı olan, özündə mədəni dəyərləri, eləcə də xeyirxahlıq, birlik və həmrəylik kimi gözəl ənənələri əks etdirən Novruz bayramı münasibətilə ümumrayon tədbir keçirildi. Tədbirdə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, hüquq-mühafizə orqanlarının, eləcə də müxtəlif idarə, müəssisələrin, təşkilatların rəhbərləri və rayon ictimaiyyəti iştirak etdilər.
İlk öncə Bayraq meydanında çoxəsrlik maddi-mədəni irsimizi, qədim adət-ənənələrimizi özündə əks etdirən eksponatlara tamaşa edildi .Hər bir müəssisə özünün yaratdığı Novruz atributları, qədimi xalçalar, əl işləri, Azərbaycan xalqının qədimliyini əks etdirən stendlərlə çıxış etdi. Əllərində baharın simvolu olan yaşıl səmənilər, şamlar, xonçalar tutmuş milli geyimli oğlan və qızlar rəngarəng rəqsləri ilə hamının alqışını qazandılar. Novruz bayramının simvolu sayılan kosa, keçəl kimi personajlar öz oyunlarını nümayiş etdirdilər, milli adət-ənənələrimizi əks etdirən səhnəciklər canlandırıldı, idmançılar tərəfindən nümunəvi idman çıxışları nümayiş olundu.
Bahar bayramı rayon mədəniyyət və incəsənət ustalarının maraqlı konsert proqramı və rəqs nümunələri ilə davam etdi.