Şriftin ölçüsü :

Saytın rəngi :

Pabıqçılığın inkişafı ilə bağlı ümumrayon müşavirəsi keçirilib

28 mart 2018 | 16:00

      Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə martın 26-da Bərdə rayonunda pambıqçılığın inkişaf etdirilməsinə dair keçirilmiş respublika müşavirəsindən irəli gələn vəzifələr barədə Xocavənd rayonunda ümumrayon müşavirəsi keçirilib. Müşavirədə Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov , Prezident Administrasiyasının Ərazi-Təşkilat şöbəsinin məsul əməkdaşı Ağa-Əli Əhmədov, rayonun aidiyyəti idarə, müəssisə və təşkilatları, pambıq istehsalçıları, fermerlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
       İcra başçısı Eyvaz Hüseynov müşavirədə çıxış edərək bildirib ki, martın 26-da Prezidentin sədrliyi ilə Bərdə rayonunda pambıqçılığın inkişaf etdirilməsinə dair respublika müşavirəsi keçirildi. Müşavirədə Ölkə Prezidenti Respublikamızda pambıqçılığın inkişafı ilə əlaqədar bütün adiyyatı təşkilatlar qarşısında ciddi vəzifələr qoyaraq öz tövsiyə və tapşırıqlarını verdi. Başçı bildirdi ki, pambıqçılığın insanların sosial həyatında nə qədər böyük rol oynadığını dönə-dönə bildirən Ulu Öndər Respublikaya rəhbərlik etdiyi 1970-ci illərdə bu sahənin inkişafına böyük önəm verərək, pambıqçılığa və pambıqçılara xüsusi qayğı ilə yanaşırdı. Cənab Prezidentimiz tərəfindən aqrar sektorun strateji və ölkəyə valyuta gətirən mühüm sahələrindən biri olan pambıqçılığın inkişafı ilə bağlı aparılan məqsədyönlü siyasətin nəticəsi olaraq imzalanmış fərman və sərəncamlar, pambıqçılığın inkişafı məsələlərinə dair keçirilmiş respublika müşavirələri, qəbul olunmuş Dövlət Proqramı Respublikamızda pambıqçılığın inkişafı üçün əlverişli şərait yaradıb. Başçı Dövlət başçısının müşavirdə qeyd etdiyi fikirlərdən sitat gətirərək bildirdi ki, yeni iqtisadi mərhələdə kənd təsərrüfatı məhsullarının istehsalının artırılması, xüsusilə, ixrac tutumlu sahələrin, o cümlədən pambıqçılığın inkişafı əsas yer tutur. Məhz buna görə də cənab Prezidentin tapşırığı ilə pambıqçılığın inkişafına böyük vəsait sərf olunduğunu, operativ olaraq bütün lazımi tədbirlərin görüldüyünü, suvarma, elektrik enerjisi ilə bağlı mühüm addımlar atıldığını, yeni pambıqyığan kombaynlar, yüzlərlə adda kənd təsərrüfatı texnikasının alınıb ölkəyə gətirildiyini qeyd etdi. Eyvaz Hüseynov müşavirdə Xocavənd rayonunda 2018-ci ildə 97 ha ərazidə pambıq əkilməsi planlaşdırıldığını da vurğulayıb.
Müşavidə çıxış edən sahibkar Ələddin Quliyev Prezidentimizə yaradılan şəraitə görə öz minnətdarlığını bildirərək qeyd etdi ki, dövlət başçımızın sahibkarlara göstərdiyi böyük diqqət və qayğıya əməli işimizlə cavab verəcək, öhdəmizə düşən vəzifələri daha məsuliyyətlə yerinə yetirəcək, yaradılan əlverişli şəraitdən geniş istifadə edərək bütün qüvvə və bacarığımızı müstəqil Azərbaycanın daha da qudrətlənməsi və çiçəklənməsi üçün səfərbər edəcəyik.
            Müşavirədə çıxış edən Prezident Administrasiyasının məsul əməkdaşı Ağa-Əli Əhmədov bildirdi ki, cənab Prezidentimiz İlham Əliyevin pambıqçılığın inkişafı ilə bağlı müşavirəsi bir daha göstərdi ki, ölkəmizin ərzaq təhlükəsizliyinin təmin olunmasını iqtisadi strategiyanın əsas hədəflərindən biri hesab edən dövlətimiz aqrar sahədə istehsal imkanlarının daha da yaxşılaşdırılması üçün davamlı addımlar atır. Həyata keçirilən islahatlar, aqrar sektora dövlət dəstəyi, imzalanan fərman və sərəncamlar, qəbul edilən qanun və qərarlar kənd təsərrüfatında ciddi inkişaf dinamikasına, mühüm kəmiyyət və keyfiyyət dəyişikliklərinə səbəb olur.
       Müşavirədə bu sahədə mövcud problemlərin həlli istiqamətində müzakirələr aparıldı və qaldırılan məsələlərin icrası məqsədilə lazımi tapşırıq və tövsiyələr verildi.

 

 

Keçidlər