04 aprel 2018-ci il tarixdə Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi seçki Qərargahının Xocavənd rayon Şöbəsinin Prezidentliyə namizəd cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Xocavənd rayon seçiciləri ilə görüşü keçirildi.
04 aprel 2018-ci il tarixdə Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi seçki Qərargahının Xocavənd rayon Şöbəsinin Prezidentliyə namizəd cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Xocavənd rayon seçiciləri ilə görüşü keçirildi. Görüşü giriş sözü ilə açan YAP Xocavənd rayon təşkilatının sədri Azər Süleymanov bu ilin 11 aprel tarixində ölkəmizdə keçiriləcək Prezident seçkilərində YAP tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin uğurlu təbliğat-təşviqat kampaniyasından bəhs etdi. Kampaniya çərçivəsində keçirilən görüşlərdən və seçicilərin fəallığından danışdı. Azər Süleymanov bildirdi ki, bu ilin 11 aprel tarixində keçiriləcək növbəti Prezident seçkilərində qeydə alınmış namizəd cənab İlham Əliyevin son 14 il ərzində Azərbaycanda həyata keçirdiyi layihələr, gördüyü işlər əvəzsizdir. Bu 14 il ərzində ölkəmizdə əsrə bərabər uğurlar əldə olunub, dövlətimiz olduqca böyük və şərəfli yol keçib. Azərbaycan bütün sahələrdə böyük uğurlara imza atıb. Azərbaycanın beynəlxalq nüfuzu artıb, dünya tərəfindən ən yüksək səviyyədə tanıdılıb. Xüsusilə beynəlxalq aləmdə qazandığımız nailiyyətlər sözlə ifadə olunmayacaq qədər böyükdür. Təbii ki, ölkəmizdə aparılan siyasi-iqtisadi, mədəni islahatlar dünya birliyi tərəfindən yüksək qiymətləndirilir. Dünya dövlətlərinin Azərbaycanla münasibətləri ən yüksək dostluq, qardaşlıq səviyyəsinə çatıb. Ölkəmizdə təhlükəsizlik, ictimai-siyasi sabitlik tam təmin edilir. Bütün bu uğurların əsasında isə cənab İlham Əliyevin milli maraqlara söykənən uğurlu siyasi xətti durur. İnanırıq ki, bu siyasətin ölkəmizdə daha uzun illər davam etdirilməsi ilə daha böyük və misligörülməmiş uğurlar qazanacağıq.
Tədbirdə iştirak edən Milli Məclisin deputatı Elman Məmmədov çıxışında 1990-cı illərin əvvəllərində ölkəmizin düşdüyü ağır, gərgin vəziyyətdən və bunların ağır fəsadları haqqında məlumat verdi. O zaman Azərbaycanda ictimai-siyasi sabitliyin olmamasından, insanların ən ağır, təhlükəli şəraitdə yaşamasından, günlərlə çörək növbələrinə dayanmasından ətraflı danışdı. Dövlətçiliyimizin təhlükə altına düşməsi, vətəndaşlarımızın hər gün ölüm təhlükəsi ilə yaşamasını aparılan uğursuz, məntiqsiz siyasi fəaliyyətin nəticəsi olduğunu vurğuladı. Lakin ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra və cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi illərdə sabitliyimizin bərqərar olunduğunu və müxtəlif sahələrdə dinamik inkişafa nail olduğumuzu bildirdi. Elman Məmmədov seçicilərə İlham Əliyevin son 14 ildə respublikamızda gördüyü möhtəşəm işlərdən, tarixi naliyyətlərdən, dövlətimizin artan qüdrətindən, ölkəmizin simasının bütünlükdə dəyişməsindən, insanların həyatının yaxşılaşmasından ətraflı məlumat verib.Seçicilərin diqqətinə çatdırıb ki, Azərbaycanın əldə etdiyi uğurların əsasında dövlət başçısı cənab İlham Əliyev tərəfindən görülən işlər, həyata keçirilən islahatlar dayanır. Bütün uğurların təməlini isə güclü iqtisadi inkişafımız və davamlı sabitliyimiz təşkil edir. Dövlət təhlükəsizliyinin ən yüksək səviyyədə təmin edilməsi isə dövlət siyasətinin prioritetlərindəndir. Azərbaycan xalqının ölkə Prezidenti, YAP-ın sədri İlham Əliyevə etimadı, inamı və etibarı son 14 il ərzində həyata keçirilən siyasətlə də daha da möhkəmlənib.
Təbliğat-təşviqat kampaniyasında çıxış edən YAP Xocavənd Rayon Təşkilatının Gənclər Birliyinin sədri Vüsal Hüseynov Azərbaycanda gənclərin hərtərəfli inkişafı – siyasi, ictimai, mədəni, idman, elm, beynəlxalq arenalarda ən yüksək səviyyədə təmsil olunmaları, onların bilikli, təhsilli, bacarıqlı gənclər olaraq yetişmələri, həyat şəraitlərinin daha da yaxşılaşdırılması istiqamətində dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə görülən işlər, həyata keçirilən islahatlar haqqında məlumat verdi. Prezident İlham Əliyevin siyasi fəaliyyətinin bütün dövrlərində ölkə gənclərinə daim diqqət və qayğı ilə yanaşdığını bildirərək gənclərimizi onlara olan bu inamı, etimadı doğrultmağa, Prezident seçkilərində cənab İlham Əliyevə səs verməyə dəvət etdi.
Tədbirdə çıxış edən Salakətin kənd tam orta məktəbin müəllimi Vəfa Tahirova, Tuğ kənd sakini Bahar Bağrlı, ilk dəfə səs verəcək seçici Aytac Rüstəmli burada səsləndirilən fikirlərlə razı olduqlarını və yekdilliklə Prezident cənab İlham Əliyevə səs verəcəklərini bildirdilər və bütün xocavəndliləri dövlət başçısının ətrafında sıx birləşməyə, daha güclü, müstəqil Azərbaycan naminə cənab İlham Əliyevə səs verməyə çağırdılar.