Şriftin ölçüsü :

Saytın rəngi :

"Qaranlığa nur saçan işıq" adlı tədbir keçirilib

30 aprel 2018 | 16:00

      "Qaranlığa nur saçan işıq" adlı tədbir keçirilib
   Xocavənd rayonunda görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın 95 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.Tədbirdə ilk öncə Akademik Zərifə Əliyevanın xatirəsi bir dəqiqəlik sükutla yad edilib və ardından onun həyat və fəaliyyətinə həsr olunan film nümayiş olunub.
      Açılış nitqi ilə çıxış edən başçının müavini Əfsanə Quliyeva Zərifə xanım Əliyevanın həyatı, elmi və yaradıcılıq fəaliyyəti haqqında geniş məlumat verib. Bildirib ki, Akademik Zərifə Əliyeva gözəl ana, vəfalı ömür-gün yoldaşı, intellektual keyfiyyətləri özündə birləşdirən ziyalı, dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük oftalmoloq alim olub.
     Tədbirdə çıxış edən Mərkəzi Xəstəxananın həkimi Arzu Qaraşlı, əməkdar müəllim Gültəkin Ağayeva, Aparatın baş məslətətçisi Məmləkət İbrahimova çıxış edərək həkim peşəsini vicdanla yerinə yetirən oftalmoloq alimin insanların sağlamlığının qorunmasında, xəstəliklərin qarşısının alınmasında göstərdiyi səylərə toxunaraq onun öz həmvətənlərinin qayğısına qalan humanist insan olduğunu diqqətə çatdırıblar. Bildirilib ki, Zərifə Əliyeva vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların, o cümlədən "Terapevtik oftalmologiya", "İridodiaqnostikanın əsasları" kimi nadir elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir.

Keçidlər