Şriftin ölçüsü :

Saytın rəngi :

 500 ailəlik Xocavənd qəsəbəsində Rayon İcra Hakimiyyəti başçısının vətəndaşlarla növbəti səyyar qəbulu keçirilmişdir.

01 dekabr 2023 | 09:40
   500 ailəlik Xocavənd qəsəbəsində Rayon İcra Hakimiyyəti başçısının vətəndaşlarla növbəti səyyar qəbulu keçirilmişdir.
  01 dekabr 2023-cü il tarixdə Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov Beyləqan rayonu ərazisində xocavəndli məcburi köçkünlər üçün salınmış 500 ailəlik Xocavənd qəsəbəsi rayon Mədəniyyət evində sakinlərlə növbəti səyyar qəbul keçirmişdir. Səyyar qəbulda RİHB aparatının məsul işçiləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, həmçinin rayon sakinləri iştirak etmişdir. Qəbul zamanı çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının 25-ci ildönümünə həsr olunan Zirvə görüşünün Bakıda, Heydər Əliyev Mərkəzində keçirilməsi böyük önəm kəsb etdiyini vurğulayaraq qeyd etdi ki, quruma sədrlik edən Azərbaycanın təşəbbüsünə verilən müsbət qiymət və Zirvə görüşünün reallaşması hazırkı vəziyyətdə əlaqələrin dərinlənməsindən xəbər verir. Onu da nəzərə alsaq ki, Zirvə görüşünün ilk dəfə reallaşması və bu tədbirin Bakıda keçirilməsi Prezident İlham Əliyevin qətiyyətindən xəbər verir. Beynəlxalq siyasətlə yanaşı Azərbaycanda həyata keçirilən uğurlu iqtisadi siyasət nəticəsində Azərbaycanın iqtisadi qüdrəti artıb. Bu istənilən nöqteyi nəzərdən özünü daha qabarıq şəkildə büruzə edir. Son illərdə dünyanın istənilən yerlərində olan münaqişə, təbii fəlakət və bu yöndə edilən yardım kompaniyalarında Azərbaycan ilk sırada gəlir. İstər Türkiyədə baş verən təbii fəlakət zamanı, istər Ukrayna hadisələri istərsə də beynəlxalq təşkilatların nəznində yaradılan Fondlara yardımda ölkəmiz xüsusilə seçilir. Bu baxımdan SPECA Etimad Fondunun yaradılması müsbət haldır və Cənab Prezident Zirvə Görüşündə çıxışı zamanı bu məsələyə toxunaraq Azərbaycanın Fonda 3,5 mln dollarlıq yardım edəcəyini bəyan etdi. Daha sonra səyyar qəbulda iştirak edən rayon sakinləri onları narahat edən məsələləri gündəmə gətiriblər. Eyvaz Hüseynov ümumi qəbuldan sonra vətəndaşları fərdi qaydada da dinləyərək onların səsləndirdikləri problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib. Qaldırılan bir çox məsələlər yerindəcə öz həllini tapıb. İcra strukturunun fəaliyyət dairəsinə daxil olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınaraq, aidiyyəti qurumlara həvalə edilib.Qəbulda iştirak edən vətəndaşlar səyyar qəbuldan razı qaldıqlarını bildirib, problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə Prezidenti İlham Əliyevə, Birinci-vitse prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Keçidlər