Şriftin ölçüsü :

Saytın rəngi :

500 ailəlik Xocavənd qəsəbəsində Rayon İcra Hakimiyyəti başçısının vətəndaşlarla növbəti səyyar qəbulu keçirilmişdir.

01 avqust 2024 | 10:56
  Xocavənd Rayon İcra Hakimiyyətinin Başçısı Eyvaz Hüseynov növbəti səyyar qəbulu 500 ailəlik Xocavənd qəsəbəsində məskunlaşan rayon sakinləri ilə keçirdi.
  Səyyar qəbulda RİHB aparatının məsul işçiləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, həmçinin rayon sakinləri iştirak etmişdir. Qəbul zamanı çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov qeyd etdi ki torpaqlarımız erməni işğalından azad edildikdən sonra qarşıda duran ən vacib məsələ həmin ərazilərin yenidən yaşayış üçün hazır vəziyyətə gətirilməsi və məskunlaşmanın təmin olunması idi. Artıq bu proses surətlə davam edir. Hər ay işğaldan azad olunmuş vətənimizin dilbər guşəsi olan Qarabağda köç proseslərinin şahidi oluruq. Vaxtı ilə yurd-yuvasından didərgin düşmüş insanlar o nisgili ürəklərində yaşayaraq bu gün öz doğma ata-baba yurdlarına qayıdırlar. Bu insanların qayıtması və əvvəl yaşadıqları evlərdən də gözəl mənzillərlə təmin olunması, azad vətənimizin dilbər guşəsi Qarabağa qayıtması Azərbaycan dövlətinin gücü, qüdrəti və möhtərəm Prezidentimizin qaçqınlara, məcburi köçkünlərə hələ prezidentliyin ilk günündə verdiyi sözə əməl etməsidir. 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması, keçən müddət ərzində antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyinin tam təmin olunması və qısa müddətdə insanların məskunlaşması üçün işlərin görülməsi güclü Azərbaycanın dünyada da nümayişidir. Ölkəmizin iqtisadi gücü ona imkan verdi ki, qısa müddətdə qaçqın və məcburi köçkünlərin məskunlaşması üçün onlara lazım olan şərait yaradılsın. Böyük Qayıdışın tərkib hissəsi olan məskunlaşma prosesi çox sürətlə davam edir. Paralel olaraq digər şəhər və kəndlərimizin bərpası da baş verir. Daha sonra Xocavənd Rayon İcra Hakimiyyətinin Başçısı Eyvaz Hüseynov bu ilin sonuna kimi Xocavənd rayonun kəndlərinə böyük qayıdışın başlayacağını vurğulayıb. Sonda səyyar qəbulda iştirak edən rayon sakinləri onları narahat edən məsələləri gündəmə gətiriblər. Eyvaz Hüseynov ümumi qəbuldan sonra vətəndaşları fərdi qaydada da dinləyərək onların səsləndirdikləri problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib. Qaldırılan bir çox məsələlər yerindəcə öz həllini tapıb. İcra strukturunun fəaliyyət dairəsinə daxil olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınaraq, aidiyyəti qurumlara həvalə edilib.Qəbulda iştirak edən vətəndaşlar səyyar qəbuldan razı qaldıqlarını bildirib, problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə Prezidenti İlham Əliyevə, Birinci-vitse prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Keçidlər