500 ailəlik Xocavənd qəsəbəsində yel çərşənbəsi qeyd edilib
10 mart 2026 | 09:11
500 ailəlik Xocavənd qəsəbəsində yel çərşənbəsi qeyd edilib
Xocavənd qəsəbəsində Yel çərşənbəsi qədim adət-ənənələrə uyğun qeyd olunub.
Şənlikdə tonqal qalanıb, elimizin qədim adət-ənənələri və mərasimləri nümayiş etdirilib - sac üstündə yuxa bişirilib, buğda təmizlənib, qovurğa qovurulub.
Mərasim boyu bayram iştirakçıları yumurta döyüşdürüb, şən zarafatlar ediblər. Uşaqlar bayram tonqalı üstündən atlanaraq əyləniblər.
Tonqal ətrafında nümayiş etdirilən milli rəqslər, səsləndirilən şeir və mahnılar iştirakçılarda xoş ovqat yaradıb.






