Şriftin ölçüsü :

Saytın rəngi :

Xocavənd Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyari görüşü Qaradağ rayonu Müşfiqabad qəsəbəsində məskunlaşan rayon sakinləri ilə oldu

18 may 2018 | 16:00

        Xocavənd Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyari görüşü Qaradağ rayonu Müşfiqabad qəsəbəsində məskunlaşan rayon sakinləri ilə oldu
    18 may 2018-ci il tarixdə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynovun Bakı şəhər Qaradağ rayonu Müşfiqabad qəsəbəsində məskunlaşan rayon sakinləri ilə növbəti səyyari qəbulu keçirildi.Görüşdə giriş nitqi ilə çıxış edən başçı ölkəmizin sürətli sosial-iqtisadi inkişafından, mövcud ictimai-siyasi sabitlikdən, həmçinin ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq son illər regionlarda həyata keçirilən sosial infrastruktur layihələrdən, aparılan genişmiqyaslı abadlıq-quruculuq işlərindən ətraflı danışıb. Rayon İcra Hakimiyyətinin Başçısı Eyvaz Hüseynov kənd sakinlərini narahat edən problemləri dinləyib, qaldırılan məsələlələrin həll olunması məqsədi ilə aidiyyəti təşkilatlara tövsiyə və tapşırıqlarını vermişdir.

Keçidlər