Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhərində Xocavənd Rayon İcra Hakimiyyəti başçısının vətəndaşlarla növbəti səyyar qəbulu keçirilmişdir.

07 iyun 2018 | 16:00

           Mingəçevir şəhərində Xocavənd Rayon İcra Hakimiyyəti başçısının vətəndaşlarla növbəti səyyar qəbulu keçirilmişdir.
        7 iyun 2018-ci il tarixdə Mingəçevir şəhərində Xocavənd Rayon İcra Hakimiyyəti Başçısının vətəndaşlarla növbəti görüş və səyyar qəbulu keçirilmişdir. Görüşdə Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov və Mingəçevir şəhərində məskunlaşmış rayon sakinləri iştirak etmişdir.Eyvaz Hüseynov ötən 15 ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə abadlıq və quruculuq sahəsində görülən işlərdən, sosial-iqtisadi sahədə əldə edilmiş nailiyyətlərdən və qarşıda duran vəzifələrdən ətraflı danışaraq bildirmişdir ki, həyata keçirilən bütün layihələr, atılan bütün addımlar əhalinin maddi-rifah halının gündən-günə yüksəlməsinə, onların sosial vəziyyətinin və məişət şəraitinin yaxşılaşmasına xidmət edir. Qəbul zamanı başçı vətəndaşlar tərəfindən qaldırılmış problemləri dinlədi və qaldırılan məslələlərin həll olunması məqsədi ilə aidiyyəti təşkilatlara tövsiyə və tapşırıqlarını verdi.

Keçidlər