Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Ordusunun 100 illik yubileyi münasibəti ilə "Ordumuz qürurumuzdur" devizli tədbir keçirilib

21 iyun 2018 | 16:00

                21 iyun 2018-ci il tarixdə Xocavənd qəsəbəsi “Bayraq Meydanı”nda Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Xocavənd Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycan Ordusunun 100 illik yubileyi münasibəti ilə "Ordumuz qürurumuzdur" devizli tədbir keçirilib. Tədbir zirehli texnikanın iştirakı ilə hərbi yürüşlə başladı.Yürüş iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül qoyaraq onun xatirəsini böyük ehtiramla yad etdlər.Tədbirdə iştirakçılara Azərbaycan Ordusunun yaranma tarixi və keçdiyi şərəfli döyüş yolu haqqında məlumat verilib. Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov Müdafiə Nazirliyi rəhbərliyinin bu tədbirin keçirilməsi ilə bağlı təşəbbüsünün rayon əhalisi tərəfindən yüksək qiymətləndirildiyini, Silahlı Qüvvələrin yaradılmasının 100 illik yubileyinin xocavəndlilərin həyatında əlamətdar hadisə olduğunu vurğuladı. Bildirdi ki, bu gün xalqımızın və ordumuzun şəxsi heyətinin mənəvi səfərbərliyi vacibdir və ölkə rəhbərliyinin bu istiqamətdə apardığı siyasət həm xalqın, həm də ordunun qüdrətini daha da artırır. Əgər şəxsi heyətin döyüş ruhu, mənəvi-psixoloji hazırlığı və vətənpərvərlik hissi yüksək səviyyədə deyilsə, xalq öz ordusuna inanmırsa, nə qədər müasir, güclü döyüş texnikaya və silahlara malik olsa da, həmin ordu müharibədə məğlub olacaqdır. Fəxr edirik ki, Prezidentimizin də dəfələrlə qeyd etdiyi kimi bu gün əsgər və zabitlərimizin döyüş ruhu və vətənpərvərlik hissi çox yüksək səviyyədədir. Ən önəmlisi isə ölkəmizdə dövlət, xalq və ordu birliyi sarsılmazdır. Başçı üçrəngli bayrağımızın Lələtəpədə dalğalandığı kimi Xankəndi, Şuşa, Laçın və işğal altında olan digər əzəli və əbədi torpaqlarımızda tezliklə dalğalanacağına və belə tədbirləri doğma Qarabağımızda qeyd edəcəyimizə əminliyini ifadə etdi.
          Tədbirdə Gəncə Qarnizonu Zabitlər Evinin “Vətən Uğrunda” səyyar təşviqat dəstəsinin “Əsgər məktubu” və “Əsgərə məktub”layihəsi də həyata keçirilib. Azərbaycan Ordusunun 100 illiyi ilə bağlı tədbirdə Tuğ kənd musiqi məktəbinin direktoru Səadət Cavadova, Xalq artisti, kapitan Azərin xanım və ansambılı konsert proqramı ilə çıxış ediblər.
Yüzlərlə yerli sakinin, hərbi qulluqçuların, Bakı şəhəri və respublikanın bir sıra rayonlarından gəlmiş qonaqların, Qarabağ müharibəsi əlillərinin, veteranların, şəhid ailələrin nümayəndələrinin iştirak etdiyi bu təntənə əsl vətənpərvərlik bayramına çevrilərək ordu ilə xalqın sıx birliyini bir daha nümayiş etdirdi. Bu, hamının bir bayraq altında, bir nəfər kimi Silahlı Qüvvələrin Ali Baş Komandanının əmrlərinə hər an hazır olduqlarını bəyan edən möhtəşəm tədbir kimi xocavəndlilərin yaddaşında unudulmaz izlər buraxdı.

 

 

 

 

Keçidlər