Şriftin ölçüsü :

Saytın rəngi :

23 iyun 2018-ci il tarixdə Dövlət Qulluqçularının peşə bayramı günü münasibətilə tədbir keçirilmişdir.

23 iyun 2018 | 16:00

           23 iyun 2018-ci il tarixdə Dövlət Qulluqçularının peşə bayramı günü münasibətilə tədbir keçirilmişdir. Öncə Rayon İcra Hakimiyyəti başçısı aparatının, idarə, müəssisə və təşkilatların dövlət qulluğunda çalışan əməkdaşları ümummilli liderin Rayon İcra Hakimiyyətinin inzibatı binasının qarşısında ucaldılmış abidəsi önünə tər gül dəstələri qoymuş, xatirəsini ehtiramla yad etmişlər. Daha sonra tədbir Rayon İcra Hakimiyyətinin inzibatı binasının akt zalında davam etdirilmişdir. Tədbirdə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov çıxış edərək bildirdi ki, Azərbaycanda müasir dövlət qulluğu sisteminin formalaşdırılması və inkişafında, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri olub. Azərbaycan dövlətçiliyinin təməlini qoyan ümummilli lider Heydər Əliyevin uzaqgörən uğurlu siyasəti və qətiyyətli iradəsi ilə ölkəmizin uğurlu inkişaf strategiyası müəyyən edilib. Bu inkişaf strategiyasının əhəmiyyətli hissəsini hüquq dövlət quruculuğu təşkil edir. Respublikamız müasir dünyada qəbul edilmiş dövlət idarəetmə sistemlərinə uyğun milli dövlət quruculuğu istiqamətdə islahatları uğurla davam etdirir. Bu islahatlardan məqsəd çevik dövlət idarəçilik sisteminin formalaşdırılması, insan və vətəndaş hüquq və azadlıqlarının yüksək dövlət təminatına nail olunması, bütövlükdə Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası prosesinin sürətləndirilməsindən ibarətdir. Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasında dövlət və hakimiyyət münasibətlərinin hüquqi bazası demokratik, hüquqi, dünyəvi dövlətçilik və hakimiyyətin bölünməsi prinsipləri əsasında milli dövlətçilik ənənələrinə və beynəlxalq təcrübəyə uyğun yaradılıb. Bu gün ölkəmizdə, o cümlədən Xocavənd rayonunda gənclərin, qadınların dövlət qulluğuna irəli çəkilmələri xüsusi diqqət mərkəzindədir. Hazırda rayonda çalışan dövlət qulluqçularının sırasında gənclər və qadınların sayı əhəmiyyətli dərəcədə artmaqdadır.

Keçidlər