Şriftin ölçüsü :

Saytın rəngi :

Xocavənd qəsəbəsində “Arı mənim işimdir” layihəsi uğurla həyata keçirilmişdir .

26 iyun 2018 | 16:00

Xocavənd qəsəbəsində “Arı mənim işimdir” layihəsi uğurla həyata keçirilmişdir .
Bakı Beynəlxalq Məktəbinin 11-ci sinif şagirdi Van Kimin təşəbbüsü və Xocavənd Rayon İcra Hakimiyyətinin dəstəyi ilə ilə reallaşan “Arı mənim işimdir” layihəsi 15 məcburi köçkün ailəsinə sevinc bəxş etdi. 2018-ci ilin mart ayından icrasına başlanan layihəyə 50-dən çox maraq göstərən məcburi köçkündən layihənin birinci mərhələsi üçün 15 nəfər seçilmişdir. Tədris proqramı, dərsik hazırlamış və 3 mart 2018-ci il tarixdən nəzəri dərslərə başlanılmışdır. Aprelin ortalarında isə praktik dərslər keçirilmişdir. Təcrübi hissədə bütün iştirakçılar nəzəri hissədə öyrəndiklərin praktiki şəkildə həyata keçirmiş və arı ailələri üçün evlərin hazırlanmasını öyrənmişlər. Dərslər yekunlaşdıqdan sonra hər bir ailəyə 2 arı ailəsi və 2 yeşik hədiyyə edilmişdir.
“Arı mənim işimdir” layihəsinin əsas məqsədi məcburi köçkünlərə məskunlaşdıqları ərazilərdə müstəqil yaşamaq üçün öz bacarıqlarını kəşf etməyə imkan yaratmaqdır ki, bununla da onlar həmçinin özünə inam əldə edirlər. Arıçılıq maliyyə gəlirləri aşağı olan insan və müəssisələri məşğulluq və gəlir, iqtisadi təhlükəsizlik ilə təmin edərək bir növ onlara investisiya qoyur. Eləcə də heç bir xüsusi texnologiyalara ehtiyac olmadan bəsit avadanlıqlardan istifadə etmək və az miqdarda kapital qoyuluşu bura aiddir. Xüsusilə bu sahə evlərinin yaxınlığında işləmək istəyən qadınlar üçün uyğundur. İşin özü də rahatdır, belə ki sahə arıçıya işə nə qədər vaxt sərf edəcəyinə qərar vermək üçün imkan yaradır. Əgər yarım gün vaxt sərf etməklə müəyyən gəlirlər əldə etmək mümkündürsə, tam gün sərf etməklə miqyaslı biznes yaratmaq olar. Bizim məqsədimiz bu sahədə seçilmiş qaçqın icmalarının sakinlərinə təlim və dəstək göstərilməsi üzrə sistemin yaradılmasıdır.
Başqa kənd təsərrüfatı proseslərindən fərqli olaraq arıçılıq ətraf mühitə həm də faydalıdır. Milyonlarca arı Yer kürəsinin ilk növbədə əsas tozlandırıcıları olmaqla son illərdə azalaraq ətraf mühit və qida zəncirinə narahatedici nəticələr verirlər. Arıçıların hesabatına əsasən, hər qış mövsümündə bütün arı koloniyaların orta hesabla 30% -ni itirirlər. Arılar yox olarsa nə olar? “Arı olmasa həyatda olmaz”, çünki arılar dünyanın ərzaq ehtiyacının 90% təşkil edən inəklər üçün yem vasitəsi olan yoncadan tutmuş, badam və çiyələyə kimi 100 məhsuldan 71-ni tozlandırır.Əslində, taxıl kimi məhsulların arılar tərəfindən tozlandırıcı qismində iştirakı olmadan əkilməsi mümkün deyil.

Keçidlər