Şriftin ölçüsü :

Saytın rəngi :

Xocavənd rayonundan olan çağırış yaşlı gənclərin həqiqi hərbi xidmətə yolasalma mərasimi keçirilmişdir.

03 aprel 2013 | 15:00

02 aprel  2013-cü il tarixdə “Yeni Xocavənd” qəsəbəsi, şəhidlərin xatirəsinə ucaldılmış ”Xatirə Abidə Kompleksi”-nin qarşısında  Xocavənd rayonundan olan çağırış yaşlı gənclərin həqiqi hərbi xidmətə  yolasalma  mərasimi keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə şəhidlərin xatirəsinə ucaldılmış ”Xatirə Abidə Kompleksi”-nin önünə tər çiçəklər düzərək şəhidlərin xatirəsini ehtiramla yad etmiş, Azərbaycan Respublikasının Dövlət himni ilə tədbir açıq elan olunmuşdur. Ölkəmizin ərazi bütövlüyü, torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbirdə çıxış edən Xocavənd Rayonu İcra Hakimiyyəti başçısı cənab Eyvaz Hüseynov gəncləri hərbi xidmətə başlamaları münasibətilə təbrik etmiş, Vətənə layiqli əsgəri olmaq və torpaqlarımızın keşiyində ayıq-sayıq dayanmaqları barədə tövsiyələrini vermiş, Azərbaycanda ordu quruculuğu prosesinin ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirmiş, hazırda bu proses Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulamışdır.
Yolasalma mərasimində çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinin rəisi polkovnik-leytinant Fuad Canıyev gəncləri hərbi xidmətə başlamaları münasibətilə təbrik etmiş, vətənə xidmət etməyin müqəddəs və məsuliyyətli vəzifə olduğunu bildirmiş, gənclərə şərəflə xidmət etməyi, sağ-salamat evə qayıtmalarını arzulamışdır.
Çağırışçılar Azərbaycan Ordusuna, Vətənə xidmət etməyə yola düşdüklərindən qürur duyduqlarını, işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etməyə hazır olduqlarını bildirmişlər. Tədbirin sonunda məktəblilərin hazırladıqları ədəbi-bədii kompazisiya ilə çıxış etmiş, çağırışçı gənclər Dövlət bayrağımıza and içmişlər.
  Rayon ictimaiyyəti nümayəndələrinin, eləcə də hərbi xidmətə yola salınan gənclər və onların valideyinlərinin iştirakı ilə keçirilən tədbirdə 80 nəfər iştirak etmişdir.

Keçidlər