Şriftin ölçüsü :

Saytın rəngi :

25.07.2018-ci il tarixdə 2018-ci ilin altı ayı ərzində Xocavənd rayonunda görülmüş işlərin yekunları və qarşıda duran vəzifələr barədə Rayon İcra Hakimiyyəti başçısının hesabat iclası keçirilmişdir.

25 iyul 2018 | 16:00

         25.07.2018-ci il tarixdə 2018-ci ilin altı ayı ərzində Xocavənd rayonunda görülmüş işlərin yekunları və qarşıda duran vəzifələr barədə Rayon İcra Hakimiyyəti başçısının hesabat iclası keçirilmişdir.
           Hesabat məruzəsi ilə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov bildirmişdir ki, 2018-cı ilin I yarımili ərzində “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları”nın uğurla davam etdirilməsi nəticəsində bölgələrin hərtərəfli inkişafı təmin edilmiş, həyata keçirilən genişmiqyaslı tədbirlər ölkənin sosial-iqtisadi inkişaf strategiyasının mühüm istiqaməti kimi öz aktuallığını və önəmliliyini qoruyub saxlamışdır. Başçı xocavəndli məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması, problemlərinin öyrənilməsi və vaxtında həll olunmasının daim diqqət mərkəzində saxlanıldığını vurğulamışdır. 2018-ci ilin birinci yarısında xocavəndli məcburi köçkünlərin məskunlaşdıqları 10 rayonda 22 səyyar qəbul keçirildiyini diqqətə çatdıran Eyvaz Hüseynov 472 nəfər sakinin iştirak etdiyi görüşlərdə müxtəlif problemlərlə bağlı 44 məsələ barədə müraciətlər olunduğunu və qaldırılmış məsələlərin müsbət həllini tapdığını qeyd etmişdir. Həmçinin Eyvaz Hüseynov məruzəsində bildirib ki, bu il ilk dəfə olaraq ipəkqurdu bəsləyən xocavəndli məcburi köçkünlər 1 ton 47 kiloqram barama tədarük ediblər. Cari ilin məhsulu üçün əkilmiş 7881,8 hektar buğda sahəsindən 16 min 236, 51 ton, 220 hektar arpa sahəsindən 506 ton məhsul əldə olunub. 97 hektarda pambıq, 70 hektarda soğan, baramaçılığın inkişafı məqsədilə 5500 ədəd tut tingi əkilib, 7 hektarda fındıq, 2 hektarda nar bağları salınıb. Diqqətə çatdırılıb ki, rayonun təsərrüfatlarında 2076 baş iribuynuzlu mal-qara, 18 min 703 baş qoyun və keçi var. Birinci yarımildə 5746 sentner ət, 15 min 211 sentner süd, 151 sentner yun istehsal edilib.
             Başçı çıxışında qeyd etmişdir ki, 07 aprel 2016-cı il tarixdə Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq Rayon üzrə 10 nəfərə verilmiş aktivlər biznes planlarının həyata keçirilməsindən 1il keçdiyi üçün onların mülkiyyətinə verilmişdir. Bununla yanaşı özünüməşğulluğun təmin olunması sahəsində 6 ay ərzində Mərkəzin əməkdaşları və Beynəlxalq Əmək Təşkilatının təlimçisi ilə birlikdə Mərkəzə müraciət etmiş vətəndaşların həyat şəraiti ilə yerində taniş olmuş, aztəminatlı ailələrin özünüməşğulluğunu təmin olunması ücün kriteryalara uyğun vətəndaşlar seçim turuna çağırılmış onlardan 64 nəfəri bir aylıq təlim kursunda iştirak etmək hüququ qazanmışdır. 28 nəfər kursu başa vurmuş vətəndaşların biznes planlarının müdafiəsi başa çatdırılmış və hal-hazırda 36 nəfər təlim kursunu davam etdirirlər. Məcburi köçkün əhalinin məşğulluğunun təmin edilməsi və maddi-rifah halının yüksəldilməsi məqsədi ilə 2018-ci ilin I yarım ili ərzində 25 yeni iş yeri açılmışdır.
        Məruzə və çıxışlarda görülmüş işlərlə yanaşı, mövcud problem və çatışmazlıqlar da qeyd olunub, qarşıda duran vəzifələrdən danışılıb.

Keçidlər