Xocavənd rayon Nərimanlı kənd tam orta məktəbinin şagirdləri “İntellektual oyun-müsabiqə vasitəsilə məcburi köçkün məktəblərində yol təhlükəsizliyinin profilaktikası” layihəsinin qalibi olub
“Azərbaycan Milli Avtomobil Klubu” (AMAK) Ictimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə keçirilən “İntellektual oyun-müsabiqə vasitəsilə məcburi köçkün məktəblərində yol təhlükəsizliyinin profilaktikası” layihəsində Xocavəndli məktəblilər rayonumuzu layiqincə təmsil etmişlər.Xocavənd rayon Nərimanlı kənd tam orta məktəbinin şagirdləri layihənin qalibi olub. 24 İyul 2018-ci il tarixində “Azərbaycan Milli Avtomobil Klubu” (AMAK) Ictimai Birliyi Binəqədi rayon Gənclər evində 10 məcburi köçkün məktəblərin təmsil edən Ağdam, Cəbrayıl, Füzuli, Xocavənd, Xocalı, Kəlbəcər, Qubadlı, Laçın, Şuşa və Zəngilan rayon məcburi köçkün məktəbləri arasında 10 potensial müsabiqə iştirakçı-komandalar (hər komandada 5 şagird olmaqla) yarış müsabiqəsinə start verdi. İştirakçılara Yol təhlükəsizliyi mövzusunda 50 sualdan ibarət rəngli şəkillərlə və yol nişanları ilə test sualları təqdim edilmişdir.
08 avqust 2018-ci il tarixdə Binəqədi rayon Gənclər Mərkəzində müsabiqənin qaliblərinə hədiyyələr və diplomlar təqdim edilmişdir. Tədbirdə Bakı şəhəri Baş Polis İdarəsi İctimai Təhlükəsizlik İdarəsinin yetkinlik yaşına çatmayanların profilaktik işin təşkili bölməsinin rəisi Polis Polkovnik-Leytenantı Ömərova Məryəm, QHT.AZ saytının direktoru Hüseynov Cəsarət, "Həyat" humanitar dəstək İctimai Birliyin sədri Allahverənov Azər, AMAK İctimai Birliyinin layihə rəhbəri Səfərova Zəminə, məktəb direktorları, valideyinlər, məsul şəxslər və məktəblilər iştirak etdilər.
Müsabiqədə 1-ci yeri Xocavənd,2-ci yeri Ağdam,3-cü yeri Cəbrayıl məktəblərinin komandaları tutdular.