Xocavənd qəsəbəsində “Young and Powerful” (Gənc və Güclü) təşkilatının “TinY” (Talent in You – Sənin içindəki Bacarıq) debüt layihəsi çərçivəsində tədbir keçirilmişdir
Xocavənd qəsəbəsində “Young and Powerful” (Gənc və Güclü) təşkilatının “TinY” (Talent in You – Sənin içindəki Bacarıq) debüt layihəsi çərçivəsində tədbir keçirilmişdir.
Layihənin təsviri: Azərbaycan zəngin mədəniyyətə və inkişaf etmiş incəsənət sahəsinə malikdir. Azərbaycanın şəhər və rayonları istedadlı gənclərlə doludur. Son iki onillikdə silahlı münaqişələr nəticəsində sayı artmış məcburi köçkünlər və fiziki qüsurlu ailələr də istisna deyildir. Mövcud sübutlar göstərir ki, Azərbaycanda mədəni cahillik geniş yayılmışdır və uşaqların mədəni hazırlığı və iştirakı axsayır, xüsusilə kənd yerlərində. Heç vaxt araşdırılmayan uşaqlar dəstək və istiqamətdən məhrumdurlar, lakin onların həvəsi və çalışqanlığı nümunəvi ola bilər, digər uşaqlar üçün motivasiya mənbəyinə çevriə bilər, və ümumiyyətlə mədəniyyətə, sənətə və elmə marağı oyada bilər. Tanınmamış qalaraq, bu insanlar öz qabiliyyətlərindən xəbərsizdirlər, öz qabiliyyətlərindən faydalana bilmirlər və ya özlərini inkişaf etdirmək şansı əldə etmirlər Müxtəlif sahələrdə bacarıqlı gəncləri axtaran təşkilatlar var, eyni zamanda bir sıra yerli və beynəlxalq müsabiqələr, qalereyalar və bu uşaqlar üçün təşkil edilən digər tədbirlər var. Layihə kateqoriyasına daxil olan uşaqları məlumat bazasına daxil etmək, uşaqları izləmək, müvafiq kurslara, insanlara və ya təşkilatlara yönəltmək, pul vasitələri ilə təmin etmək və pulsuz təlim sessiyaları təşkil etmək ən başlıcasıdır.
Layihə meyarları:
1. Bir iştirakçı 5- 16 yaşlarında olmalıdır
2. Bir iştirakçı aşağıdakı sahələrdən birində seçilən istedadlara malik olmalıdır: Rəsm, yazı, rəqs, müğənnilik, musiqi alətində ifa, aktyorluq, ictimai çıxışlar, blogging, dizaynerlik, elmi ixtiraçılıq, oyma-naxış sənəti, idman, fotoqrafçılıq, xalçaçılıq və s.
Məqsədlər:
• Gənclərin elmə və mədəniyyətinə maraqlarını oyatmaq
• Azərbaycanın gənc istedadlarını üzə çıxartmaq
• Bacarıqlı gəncləri onların istedadı ilə maraqlanan şəxs və təşkilatlarla əlaqələndirmək
• İstedadlı gənclərin inkişafı üçün mənəvi, fiziki və maddi dəstək göstərmək
• Bacarıqlı gəncləri beynəlxalq səviyyəyə qaldırmaq
Fəaliyyət planı / üsulları / strategiyaları:
• Uyğun olan iştirakçıların media vasitəsi ilə layihəyə cəlb olunması;
• İştirakçıların rəsmi formalar vasitəsi ilə veb-saytda qeydə alınması;
• İştirakçıların məlumat bazasına yerləşdirilməsi, mobil tətbiqində onların portfoliolarının yaradılması;
• İstedadlarda maraqlı olan şəxslərin/təşkilatların gənclərlə əlaqə yaratması, yarışlara, kurslara, qallereyalara, layihələrə cəlb etmələri;
• İştirakçılar üçün Y&P tərəfindən təşkil olunan təlim, master-klasslar, kurslar, məlumat sessiyaları və dərnəklərdə iştirak edərək bacarıqlarını inkişaf olunması;
• Təşkilatın imkanı çərçivəsində iştirakçıların başlanğıcları üçün pul vəsaitinin ayrılması.
Layihənin nəticəsi: Layihə uzunmüddətli olacaq və zamanla artıb geniş istedadlar portalına çevriləcək. Layihənin nəticəsi olaraq, yüzlərlə gənc öz istedadını Azərbaycanda və beynəlxalq səviyyədə tanıda biləcək, istedadında yeni səviyyələr əldə edəcək, mütəxəssislər tərəfindən qiymətləndiriləcək. Ümumi olaraq Azərbaycanın şəhərləri və bölgələri üzrə gənc nəslin mədəniyyətə və elmə marağı artacaq.