Şriftin ölçüsü :

Saytın rəngi :

Xocavənd Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar görüşü Beyləqan rayonu ərazisində məskunlaşan rayon sakinləri ilə oldu

20 avqust 2018 | 16:00

9 avqust 2018-ci il tarixdə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynovun Beyləqan rayonu ərazisində məskunlaşan rayon sakinləri ilə növbəti səyyar qəbulu keçirildi.Görüşdə giriş nitqi ilə çıxış edən başçı ölkəmizin sürətli sosial-iqtisadi inkişafından, mövcud ictimai-siyasi sabitlikdən, həmçinin ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq son illər regionlarda həyata keçirilən sosial infrastruktur layihələrdən, aparılan genişmiqyaslı abadlıq-quruculuq işlərindən ətraflı danışıb. Rayon İcra Hakimiyyətinin Başçısı Eyvaz Hüseynov rayon sakinlərini narahat edən problemləri dinləyib, qaldırılan məsələlələrin həll olunması məqsədi ilə aidiyyəti təşkilatlara tövsiyə və tapşırıqlarını vermişdir.

Keçidlər