Şriftin ölçüsü :

Saytın rəngi :

“Ailədaxili münasibətlərin tənzimlənməsi” mövzusunda dəyirmi masa keçirilmişdir.

17 aprel 2013 | 15:00

16 aprel 2013-cü il tarixdə “Ailədaxili münasibətlərin tənzimlənməsi” mövzusunda  dəyirmi masa keçirilmişdir.  Xocavənd rayon Mədəniyyət evində təşkil edilmiş tədbirdə nümunəvi ailə modeli olan Ulu öndər Heydər Əliyin ailəsinə həsr olunmuş film nümayiş olunmuşdur.
          Tədbiri giriş sözü ilə açan Xocavənd Rayon İcra Hakimiyyəti başçısının müavini –İctimai –siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ruslan Şirinov bildirdi ki,  fiziki və mənəvi baxımdan sağlam ailə sağlam cəmiyyətin, güclü dövlətin özülüdür. Hər birimizin bildiyi kimi,  indiki zamanda əhali arasında milli-mənəvi dəyərlərin təbliğini daha da gücləndirməyə, gənc nəslin tərbiyəsinə xüsusi önəm verilməsinə, ailədə zorakılığın qarşısının alınması üçün profilaktik tədbirlərin həyata keçirilməsinə  çox ehtiyac var. Gənc qızların və yeni ailə həyatı  qurmuş gənc qadınların ailə dəyərlərinin qorunub saxlanılması, ailədaxili münasibətlərin tənzimlənməsi, ailə sağlamlığının qorunması, ailə büdcəsinin idarə olunması mövzularında  məlumatlandırılması çox vacibdir.Uşaq və yeniyetmələrin milli-mənəvi ruhda tərbiyə edilməsi, onlara sağlam həyat tərzinin aşılanması istiqamətində gənc nəsil və valideynlər arasında genişmiqyaslı maarifləndirmə kampaniyası həyata keçirilməlidir.
           Tədbirdə çıxış  edən Xocavənd Rayon Qadınlar İctimai Birliyinin sədri Nurəngiz Bəşirova, Salakətin kənd tam orta məktəbinin müəllimləri: Gültəkin Ağayeva , Gültəkin Məmmədova, Telli Alıyeva, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsləhətçisi Əfsanə Quliyeva ailədaxili münasibətlər, böyüklərə hörmət və ehtiram, valideyn-övlad, ər-arvad, qaynana-gəlin münasibətlərindən söhbət açdılar

Keçidlər