Şriftin ölçüsü :

Saytın rəngi :

Xocavəndlilər Qurban bayramını əsgərlərlə birlikdə qeyd etdilər

24 avqust 2018 | 16:00

Qurban bayramı münasibətilə 22 avqust 2018-ci il tarixdə N saylı hərbi hissədə Xocavənd rayon ictimaiyyəti, əsgər valideynləri və müharibə veteranlarının iştirakı ilə bayram tədbiri keçirilmişdir.Tədbirdə çıxış edən Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov bildirmişdi ki, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində Silahlı Qüvvələrimiz inkişaf edərək monolit qüvvəyə çevrilib, ordumuzun təminatı son illər ən yüksək səviyyəyə çatıb. Əsgər və zabitlərimizin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində məqsədyönlü tədbirlər uğurla davam etdirilir. Natiq qüdrətli Azərbaycan ordusu sayəsində tezliklə itirilmiş Qarabağ torpaqlarının işğaldan azad ediləcəyini və soydaşlarımızın öz doğma ata-baba yurdlarına qayıdacaqlarını əminliklə qeyd etmişdir. Başçı Qurban bayramı münasibətilə bütün əsgər və zabit heyətini, həmçinin valideynləri səmimi qəlbdən təbrik etmişdir. Qurban bayramı münasibətilə Rayon İcra Hakimiyyəti tərəfindən hərbi hissəyə qurban payı verilmişdir

 

 

Keçidlər