Növbəti səyyari qəbul 320 ailəlik Xocavənd qəsəbəsində keçirildi
Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynovun əhali ilə növbəti səyyar qəbulu avqust ayının 24-də 320 ailəlik qəsəbədə keçirildi. Rayonun hüquq-mühafizə orqanlarının və idarə- təşkilat rəhbərlərinin də iştirak etdiyi görüşdə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov çıxış edərək səyyari görüş və qəbulların artıq bir ənənəyə çevrildiyini bildirdi, vətəndaşların şikayət və müraciətlərinə bilavasitə yaşadıqları ərazidə baxılmasının öz müsbət nəticəsini verməsindən, rayonda həyata keçirilən məqsədyönlü tədbirlərdən bəhs etdi . Başçı Cənab Prezidentimiz İlham Əliyevin regionların inkişafına göstərdiyi diqqət və qayğıdan ətraflı söhbət açdı.
Qəbul zamanı başçı vətəndaşlar tərəfindən qaldırılmış problemləri dinlədi və qaldırılan məslələlərin həll olunması məqsədi ilə aidiyyəti təşkilatlara tövsiyə və tapşırıqlarını verdi.