Şriftin ölçüsü :

Saytın rəngi :

Xocavənd rayon təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilmişdir

12 sentyabr 2018 | 16:00

       11 sentyabr 2018-ci il tarixdə Rayon Mədəniyyət evində Xocavənd rayon müəllimlərinin ənənəvi sentyabr konfransı keçirilib.Tədbirdə Rayon İcra Hakimiyətinin başçısı Eyvaz Hüseynov, Azərbaycan Respublikası Təhsil Nazirliyinin əməkdaşı Elxan Bəylərov, hüquq-mühafizə orqanlarının nümayəndələri, müəllimlər, valideynlər və ziyalılar iştirak edirdilər. Tədbiri giriş sözü ilə açan Rayon Təhsil Şöbəsinin müdiri Ümidvar Məmmədov öncə qonaqları, rayon ziyalılarını salamladı və geniş məruzə ilə çıxış edərək ölkəmizdə təhsil sahəsində görülən işlərdən, Xocavənd Rayon Təhsil Şöbəsi tərəfindən 2017-2018-cı tədris ilində əldə olunmuş nailiyyətlərdən, eyni zamanda ötən tədris ilində yol verilmiş nöqsanlardan söhbət açdı.
Konfransda bildirdi ki, hazırda məcburi köçkün şəraitində Xocavənd Rayon Təhsil Şöbəsinin şəbəkəsinə daxil olan ümumtəhsil məktəbləri Respublikamızın 5 rayon və şəhərində fəaliyyətini davam etdirir. Fəaliyyətdə olan 16 ümumtəhsil məktəlbərindən 11-i tam orta, 2-si ümumi orta və 3-ü isə ibtidai məktəblərdir. 2017-2018-ci tədris ilində bütün ümumtəhsil məktəbləri üzrə təhsilə cəlb edilmiş 2067 nəfər (2016-2017-ci tədris ilində 2052) şagirdin təlim-tərbiyəsi ilə 344 müəllim , Xocavənd Rayon Uşaq- Gənclər İdman-Şahmat məktəbində 541 şagirdlə 28 müəllim məşğul olmuşdur.
Ötən tədris ilində şagirdlərimiz müxtəlif müsabiqəə və olimpiadaların qalibi olmuşdur. 14 mart 2018-ci il tarixdə Xocavənd Rayon Təhsil Şöbəsində Azərbaycan xalqının dahi oğlu, qüdrətli dövlət xadimi, müdrik siyasətçi Heydər Əliyevin anadan olmasının 95-ci il dönümü ilə əlaqədar “Ən yaxşı təqdimat” müsabiqəsi keçirilmişdir. Həmin müsabiqədə I yer tutan Xocavənd rayon 4 saylı tam orta məktəbinin X sinif şagirdi Həsənova Zərnişan Oqtay qızı Respublika mərhələsində Tərifnamə ilə təltif olunmuşdur. Xocavənd rayon Xocavənd 2 saylı tam orta məktəbin "Mübariz" komandası Azərbaycan Xalq Cümhuriyyətin 100 illiyinə həsr edilmiş breyn-rinq intellektual bilik yrışmasında I yerin qalibi olmuşdur.1iyun “Uşaqların Beynəlxalq müdafiəsi günü” münasibətilə Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və UNİCEF-in birgə təşkilatçılığı ilə Milli Məclisdə uşaqların iştirakı “Mənim səsim –mənim hüquqlarım: Parlamentdə müzakirə” mövzusunda keçirilən tədbirdə “Mənim Azərbaycanım” mövzusu üzrə "Nərgiztəpə abidəsi" rəsmi ilə rayonumuzu təmsil edən Nərimanlı kənd tam orta məktəbinin şagirdi Əlizamanlı Oruclu uğurlu iştirakına görə diplomla təltif olunmuşdur.
      2017-2018-ci tədris ilində IX sinf üzrə 124 şagird, XI sinf üzrə isə 120 şagird imtahana buraxılmışdır. İmtahanların nəticəsinə əsasən IX sinif üzrə Azərbaycan dili fənnindən Xocavənd rayon 2 saylı, Əmirallar kənd tam orta məktəbləri yaxşı, Xocavənd kənd 1 saylı, Xocavənd rayon 3 saylı, Xocavənd rayon 4 saylı, Qaradağlı kənd 1 saylı, Muğanlı kənd 1 saylı və Nərimanlı kənd tam orta məktəbləri zəif nəticə göstərmişlər.
       Riyaziyyat fənni üzrə Xocavənd rayon 2 saylı və Əmirallar kənd tam orta məktəbləri yaxşı nəticə, Xocavənd rayon 3 saylı, Xocavənd rayon 4 saylı, Qaradağlı kənd 1 saylı, Muğanlı kənd 1 saylı, Nərimanlı kənd, Salakətin kənd və Tuğ kənd 1 saylı tam orta məktəbləri zəif nəticə göstərmişlər. XI sinfi bitirən 120 məzundan 65 nəfəri ali məktəblərə qəbul olmuşlar. Məzunlardan 8 nəfəri 400-dən yuxarı; 8 nəfəri 500-dən yuxarı, 1 nəfəri isə 600-dən yuxarı bal toplamışdır.
Konfransda çıxış edən Təhsil Nazirliyinin əməkdaşı Elxan Bəylərov tədbir iştirakçılarını salamladı və Təhsil Nazirliyinin gələcək fəaliyyəti barədə tədbir iştirakçılarına maraqlı məlumatlar çatdırdı.
Rayon İcra Hakimiyətinin başçısı Eyvaz Hüseynov qonaqları və müəllimləri salamlayaraq onlara xoş ürək sözlərini çatdırdı. Rayon məktəbləri məzunlarının 2017-2018-ci tədris ilində qazandıqları nailiyyətləri yüksək qiymətləndirən başçı tələbə adını qazanmış şagirdləri təbrik etdi, onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı. Natiq ənənəvi olaraq hər il Xocavənd 2 saylı tam orta məktəbinin məzunlarının həm buraxılış imtahanlarında, həm də ali məktəbə qəbul imtahanlarında yüksək nəticə göstərməsindən məmnunluğunu ifadə etdi və məktəbin kollektivini bu münasibətlə təbrik etdi. Daha sonra Eyvaz Hüseynov rayon orta ümumtəhsil məktəblərində mövcud nöqsanlardan söz açaraq qeyd edilən çatışmazlıqların qısa zaman ərzində aradan qaldırılması istiqamətində aidiyyəti qurumlara müvafiq tapşırılarını verdi.
      Sonda gənc nəslin təlim-tərbiyəsində səmərəli pedaqoji fəaliyyətlərinə görə qabaqcıl müəllimlər Rayon İcra Hakimiyyəti başçısının “Fəxri Fərmanı” ilə təltif edildi.

Keçidlər