Xocavənd rayonunda abadlıq-quruculuq işləri davam etdirilir.
Xocavənd rayonunda abadlıq-quruculuq işləri davam etdirilir.
Son illər ölkəmizin bütün yerlərində olduğu kimi,Xocavənd qəsəbələrində də tikinti-quruculuq, abadlıq işləri öz dinamik sürətilə davam etdirilir. Həyata keçirilən bu cür tədbirlərdə rayonun təsərrüfat subyektləri, ayrı-ayrı idarə, müəssisə və təşkilatları ilə yanaşı, sakinlər də yaxından iştirak edirlər. Artıq rayonda şənbə-bazar iməcilikləri ənənəvi xarakter alıb. Həftəsonu keçirilən iməciliklər zamanı qəsəbələrdə səliqə-sahman işləri aparılır, ağac və dekorativ bəzək kolları əkilir, mövcud yaşıllıqlara qulluq göstərilir. Növbəti iməclik 15 sentyabr 2018-ci il tarixdə Yeni Xocavənd qəsəbəsində şəhidlərin xatirəsinə ucaldılmış abidə ərazisində təşkil edilmişdir.Cari ilin iyun ayından Abidə Kompleksinin əsaslı şəkildə təmir-tikinti işlərinə başlanılmışdır. Hazırda son tamamlanma işləri sürətlə davam etdirilir.
Rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə baş tutan iməcilikdə, yeni dekorativ ağac və kollar əkilmiş və abidə ətrafında təmizlik işləri aparılmışdır.