13 sentyabr 2018-ci il tarixdəYeniXocavənd qəsəbəsində Rayon İcra Hakimiyyəti başçısının vətəndaşlarla növbəti səyyar qəbulu keçirilmişdir.
13 sentyabr 2018-ci il tarixdəYeniXocavənd qəsəbəsində Rayon İcra Hakimiyyəti başçısının vətəndaşlarla növbəti səyyar qəbulu keçirilmişdir.
Qəbulda Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, hüquq mühafizə orqanlarının rəhbərləri, başçının müavinləri, rayonun aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri və ağsaqqallar iştirak etmişdir.Qəbul zamanı çıxış edənRayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov ötən dövr ərzində respublikamızda görülən genişmiqyaslı işlərdən danışaraq, ölkəmizin bütün sahələrdə əldə etdiyi uğurlardan söz açmışdır. Başçı çıxışında bildirmişdir ki, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyanın ən sürətlə inkişaf edən, yeniləşən, müasirləşən, demokratikləşən dövlətinə çevrilmişdir. Qazanılan uğurlar Azərbaycanın beynəlxalq aləmdə mövqeyini də əhəmiyyətli dərəcədə gücləndirir. Əminliklə demək olar ki, bu gün ölkəmiz dünya birliyinin tam bərabərhüquqlu üzvüdür, söz sahibi olan dövlətdir.Görüşdə başçı vətəndaşlar tərəfindən qaldırılmış problemləri dinləmiş və qeyd edilən məslələlərin həll olunması məqsədi ilə aidiyyəti təşkilatlara tövsiyə və tapşırıqlarını vermişdir.