Şriftin ölçüsü :

Saytın rəngi :

Xocavənd rayonunda Beynəlxalq Müəllim Günü qeyd edilmişdir

05 oktyabr 2018 | 16:00

            Xocavənd rayonunda Beynəlxalq Müəllim Günü qeyd edilmişdir
5 oktyabr 2018-ci il tarixdə Beynəlxalq Müəllim Gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbir iştirakçıları ilk öncə Rayon İcra Hakimiyyətinin inzibati binası qarşısında ucaldılmış Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri qoymuşlar. Tədbirdə çıxış edən Rayon Təhsil Şöbəsinin müdiri Ümidvar Məmmədov Beynəlxalq Müəllimlər Günü münasibətilə bütün müəllimləri təbrik etmiş və onlara çətin və eyni zamanda şərəfli işlərində uğurlar arzulamışdır. Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Əfsanə Quliyeva bu gün ölkəmizdə təhsil sahəsində aparılan dövlət siyasətindən söhbət açmışdır. Bildirmişdir ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün cənab Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilən təhsil islahatları, qəbul olunan Dövlət Proqramları hər bir müəllim üçün stimul yaradır.
        Sonda gənc nəslin təlim-tərbiyəsi sahəsində səmərəli pedaqoji fəaliyyətlərində fərqlənən müəllimlər Xocavənd Rayon İcra Hakimiyyəti Başçısının “Fəxri Fərmanı” və qiymətli xatirə hədiyyələri ilə təltif olunmuşlar

Keçidlər