Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynovun Xocavənd qəsəbəsində məskunlaşan rayon sakinləri ilə səyyar qəbulu keçirilmişdir.
18 oktyabr 2018-ci il tarixdə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynovun Xocavənd qəsəbəsində məskunlaşan rayon sakinləri ilə səyyar qəbulu keçirilmişdir.
Prezident İlham Əliyevin idarəçiliklə əlaqədar tövsiyə etdiyi prinsiplərə uyğun olaraq əhalinin problemlərinin yerində öyrənilməsi və həlli yollarının araşdırılması məqsədi ilə Xocavənd Rayon İcra Hakimiyyəti səyyar qəbullar keçirir. Növbəti qəbul Beyləqan rayon ərazisində salınmış 500 ailəlik Xocavənd qəsəbəsində oldu. Prezident Administrasiyasının məsul işçisi Ağa-Əli Əhmədov , rayonun hüquq-mühafizə, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət sahələri rəhbərlərinin də iştirak etdiyi görüşdə İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov ilk öncə iştirakçıları Müstəqillik Günü münasibətilə təbrik etmiş və qeyd etmişdir ki, Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisi olan Müstəqil Azərbaycan Respublikası Ulu Öndər Heydər Əliyevin uğurlu siyasəti nəticəsində milli təməl üzərində öz gələcəyini qurmuşdur. Bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin düşünülmüş daxili və xarici siyasəti müstəqilliyimizi möhkəmləndirilməsinə, Azərbaycan xalqının rifahını təmin edilməsinə, tərəqqi, demokratiya yolunda addımlayaraq dövlətimizi daha xoşbəxt gələcəyə aparmağa istiqamətlənmişdir. Müstəqillik yollarında Cənab Prezidentimiz İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində Müstəqil Azərbaycan Respublikası günü-gündən güclənir, bütün sosial sferalarda böyük uğurlara imza ataraq, irəliyə uğurla addımlayır.
Görüşdə çıxış edən Prezident Administrasiyasının məsul əməkdaşı Ağa-Əli Əhmədov yerlərdə keçirilən səyyar qəbulların əhəmiyyətini diqqətə çatdıraraq bildirmişdir ki, bu cür qəbullar əhalinin qayğı və problemlərinin öyrənilməsinə və operativ həllinə imkan verir.
Qəbulda işlə təmin olunma, su və kanalizasiya sistemlərinin çəkilməsi, torpaq və digər məsələr barədə problemlər səsləndirildi.
Görüşdə qaldırılmış problemlərin həlli üçün müvafiq tapşırıqlar verildi.