Xocavənd rayonunda qanvermə aksiyası keçirilmişdir.
01 noyabr 2018 | 16:00
01 noyabr 2018-ci il tarixdə Xocavənd qəsəbəsində Rayon İcra Hakimiyyəti, Rayon Mərkəzi Xəstəxanası və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Mərkəzi Qan Bankının birgə təşkilatçılığı ilə hemofiliya, talassemiya və leykemiya xəstəliklərindən əziyyət çəkən uşaq və yeniyetmələrə dəstək olmaq və onların qana olan ehtiyaclarını qismən də olsa qarşılamaq məqsədilə qanvermə aksiyası keçirilmişdir. Qanvermə aksiyasında Rayon İcra Hakimiyyətinin, idarə və təşkilatların kollektivləri, hüquq mühafizə orqanlarının əməkdaşları, eləcə də rayon sakinləri həvəslə iştirak etmişlər.