Şriftin ölçüsü :

Saytın rəngi :

Tuğ kənd sakinlərinin problemləri dinlənilib

01 noyabr 2018 | 16:00

          01 noyabr 2018-ci il tarixdə Xocavənd Rayon İcra Hakimiyyəti başçısı Eyvaz Hüseynovun Tuğ kənd sakinləri ilə növbəti səyyar qəbulu olmuşur. Görüşdə rayonun idarə, müəssisə və hüquq mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak edib. Səyyar qəbulda çıxış edən Eyvaz Hüseynov bu cür görüşlərin ölkə başçısı İlham Əliyevin tapşırığı ilə mütəmadi davam etdirildiyini bildirib. Başçı Cənab Prezident İlham Əliyevin vətəndaş müraciətlərinə həssas münasibət göstərmək barədə tapşırıqlarının rayonda diqqət mərkəzində saxlanıldığını vurğulayıb. Bildirib ki, vətəndaşların problemlərinin həlli, ilk növbədə, onların qayğılarını vaxtında öyrənməkdən, hər bir insanın irəli sürdüyü məsələni, etdiyi xahiş və təklifi diqqətlə araşdırmaqdan asılıdır.
             Başçı qeyd edib ki, Dövlət Proqramına uyğun olaraq salınmış və Tuğ kənd sakinlərinin böyük hissəsinin məskunlaşdığı 320 ailəlik qəsəbənin işıq, su, qaz, yol ilə bağlı sosial qayğıları tam həll olunub, əhali məcburi köçkünlər üçün nəzərdə tutlan bütün imtiyazlardan istifadə edir. Qəsəbədə məktəb, uşaq bağçası, tibb məntəqəsi, musiqi məktəbi fəaliyyət göstərir, torpaq islahatı aparılıb, hər bir sakin pay torpağı ilə təmin olunub.
        Səyyar qəbulda ayrı-ayrı sahələrə dair kənd sakinləri tərəfindən irəli sürülən müraciət, təklif və şikayətlər rayon İcra Hakimiyyəti başçısının göstərişi ilə yerindəcə həll edilmiş, digərləri isə həll edilməsi üçün nəzarətə götürülüb. Səyyar qəbul zamanı çıxış edən kənd sakinləri göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.

Keçidlər