Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Xocavənd qəsəbəsində Rayon İcra Hakimiyyəti başçısının vətəndaşlarla növbəti səyyar qəbulu keçirilmişdir.

30 noyabr 2018 | 16:00

          29 noyabr 2018-ci il tarixdə Yeni Xocavənd qəsəbəsində Rayon İcra Hakimiyyəti başçısının vətəndaşlarla növbəti səyyar qəbulu keçirilmişdir.
           Qəbulda Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, hüquq mühafizə orqanlarının rəhbərləri, başçının müavinləri, rayonun aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri və ağsaqqallar iştirak etmişdir. Qəbul zamanı çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov ötən dövr ərzində respublikamızda görülən genişmiqyaslı işlərdən danışaraq, ölkəmizin bütün sahələrdə əldə etdiyi uğurlardan söz açmışdır. Başçı çıxışında bildirmişdir ki, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyanın ən sürətlə inkişaf edən, yeniləşən, müasirləşən, demokratikləşən dövlətinə çevrilmişdir. Qazanılan uğurlar Azərbaycanın beynəlxalq aləmdə mövqeyini də əhəmiyyətli dərəcədə gücləndirir. Başçı Prezident İlham Əliyevin hər addımda milli maraq və mənafeləri uca tutduğunu, ölkə vətəndaşlarının arzu və istəyini gerçəkləşdirmək üçün böyük əzmkarlıqla çalışdığını və fəaliyyətinin əsas qayəsinin də xalqa və dövlətə sədaqətli, layiqli xidmət prinsipi üzərində qurduğunu diqqətə çatdırdı. Eyvaz Hüseynov xalqını uğurlu gələcəyə aparan bu siyasətin növbəti illərdə də davam etdiriləcəyini və ölkəmizin qabaqcıl dövlətlər arasında layiqli yerini tutacağını əmənliklə qeyd etdi. Öz liderinə inanan, güvənən Azərbaycan xalqı da əmindir ki, gənc müstəqil ölkəmiz bu uğurları ilə yaxın gələcəkdə daha da qüdrətli dövlətə çevriləcək.
             Görüşdə başçı vətəndaşlar tərəfindən qaldırılmış problemləri dinləmiş və qeyd edilən məslələlərin həll olunması məqsədi ilə aidiyyəti təşkilat rəhbərlərinə tövsiyə və tapşırıqlarını vermişdir.

Keçidlər