Şriftin ölçüsü :

Saytın rəngi :

Xocavəd Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbulu olmuşur.

27 dekabr 2018 | 16:00

       27 dekabr 2018-ci il tarixdə Xocavəd Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbulu olmuşur. Görüşdə rayonun idarə, müəssisə rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak edib. Səyyar qəbulda çıxış edən Eyvaz Hüseynov bu cür görüşlərin ölkə başçısı İlham Əliyevin tapşırığı ilə mütəmadi davam etdirildiyini bildirib. Başçı Cənab Prezident İlham Əliyevin vətəndaş müraciətlərinə həssas münasibət göstərmək barədə tapşırıqlarının rayonda diqqət mərkəzində saxlanıldığını vurğulayıb. Bildirib ki, vətəndaşların problemlərinin həlli, ilk növbədə, onların qayğılarını vaxtında öyrənməkdən, hər bir insanın irəli sürdüyü məsələni, etdiyi xahiş və təklifi diqqətlə araşdırmaqdan asılıdır. Başçı həmçinin bir neçə gün öncə II Qurultayı keçirilən Dağlıq Qarabağın Azərbaycanlı İcmasının fəaliyyətindən geniş söhbət açmışdır. Başçı İctimai Birliyin fəaliyyətinin daha da aktivləşdirəcəyindən və ölkə xaricində keçiriləcək tədbirlərdə - beynəlxalq konfranslarda, simpoziumlarda ermənilərin yalan məlumatlarının ifşa edilməsi istiqamətində görüləcək işlərdən danışmışdır.
         Görüşdə başçı vətəndaşlar tərəfindən qaldırılmış problemləri dinləmiş və qeyd edilən məsələlərin həll olunması məqsədi ilə aidiyyəti təşkilatlara tövsiyə və tapşırıqlarını vermişdir.

Keçidlər