Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonunun Qaradağlı kəndinin Ermənistan ordusu tərəfindən işğal edilməsinin 21-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilmişdir.

18 fevral 2013 | 16:00

17 fevral 2013-cü il tarixdə Yeni Qaradağlı qəsəbəsində  şəhidlərin xatirəsinə ucaldılmış “Qaradağlı Şəhidləri-Xatirə Abidə Kompleksi”-nin önündə Xocavənd Rayonunun Qaradağlı kəndinin Ermənistan ordusu tərəfindən işğal edilməsinin  21-ci  ildönümünə  həsr olunmuş anım mərasimi keçirilmişdir.  Mərasim şəhidlərin abidəsi önünə tər güllər və əklill qoyulması ilə başlanmışdır. Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti  başçısının müavini  Ruslan Şirinov öz çıxışında  faciə haqqında mərasim iştirakçılarına ətraflı məlumat vermişdir. Mərasim vətənpərvərlik  mövzusunda  orta məktəb şagirdlərinin hazırladıqları bədii kompozisiyanın nümayiş etdirilməsi ilə başa çatmışdır.

Keçidlər