Şriftin ölçüsü :

Saytın rəngi :

Xocavənd rayonunda Gənclər Günü qeyd olunmuşdur

01 fevral 2019 | 16:00

            Xocavənd qəsəbəsində Gənclər Günü qeyd olunmuşdur
           31 yanvar 2019-cu il tarixdə Xocavənd qəsəbəsində yerləşən rayon Mədəniyyət evində “2 Fevral - Azərbaycan Gəncləri Günü” nə həsr olunmuş musiqili-əyləncəli mərasim keçirildi. Mərasimdə rayonun ictimai həyatında, mədəni-kütləvi tədbirlərdə fəal iştirak edən, idmanın müxtəlif növlərində, müsabiqə və intellektual oyunlarda yüksək nailiyyətlər qazanan gənclərlə bərabər rayon İcra Hakimiyyətinin, idarə, müəssisə və təşkilatların əməkdaşlarının da qatıldığı tədbirdə rəngarəng mahnılar və şeirlər ifa edildi. 2018-ci il ərzində yüksək nailiyyətlər əldə edən, fəallığı ilə seçilən bir qrup gənc fəxri fərmanla təltif edildi, hədiyyələrlə mükafatlandırıldı.
         Tədbirdə çıxış edən Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov gəncləri təbrik etdi, dövlətin gənclərlə iş və idman sahəsində yürütdüyü siyasətdən danışdı. Qeyd etdi ki, son illər Azərbaycanın iqtisadi cəhətdən daha da güclənməsi, beynəlxalq nüfuzunun artması, regionda lider dövlətə çevrilməsi möhtərəm Prezidentimizin məqsədyönlü siyasətinin bəhrəsidir.
Cənab Hüseynov gənclərə dəyərli tövsiyələr verərək bildirdi ki, Azərbaycan gəncliyi daim sağlam, gümrah, dərin biliyə malik olmalı və öz üzərində çalışmalıdır. Qeyd etdi ki, Azərbaycan gəncliyinin tərəqqisinə, gələcəkdə daha firavan yaşayacağına əminik. Ərazi bütövlüyümüzün bərpası bizim ümdə, ən əsas vəzifəmizdir və gənclərimizin hər biri çalışdığı sahədə əlindən gələni etməlidir ki, bu arzular, bu istəklər gerçəkləşsin.
       Xocavənd rayon Gənclər və İdman idarəsinin rəisi Aslan Quliyev görülən işlərdən danışaraq qeyd etdi ki, idarə tərəfindən həyata keçirilən tədbirlər gənclərin maraqlarına, mənafe və ehtiyaclarına uyğunlaşdırılmışdır. İdman və bədən tərbiyəsinə daha geniş kütlələrin cəlb edilməsi, gənclərin mənəvi-əxlaqi tərbiyəsinin gücləndirilməsi, yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsinə, ictimai-siyasi fəallığının artmasına kömək göstərilməsi, onlarda vətənpərvərlik və Azərbaycan dövlətçiliyinə sədaqət hisslərinin yüksəldilməsi və bu kimi digər məsələlər hər zaman idarənin diqqət mərkəzində olmuşdur.

Keçidlər