Şriftin ölçüsü :

Saytın rəngi :

“N” saylı Hərbi Hissədə “Novruz bayramı” münasibətilə bayram şənliyi keçirilmişdir.

20 mart 2013 | 16:00

       19 mart 2013-cü il tarixdə Beyləqan rayonu ərazisində yerləşən “N” saylı Hərbi Hissədə “Novruz bayramı” münasibətilə  rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə bayram şənliyi keçirilmişdir.  Tədbirdə çıxış edən Rayon ictimaətinin nümayəndələri “Novruz bayramı” münasibətilə ön xətdə xidmət çəkən əsgər və zabitləri təbrik etmiş onlara şərəfli xidmətlərində uğurlar diləmiş, ən xoş və səmimi arzularını bildirmişlər. Həmçinin xidmətdə fərqlənən əsgərlərə Rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış xatirə hədiyyələri təqdim edilmiş, hərbi hissənin şəxsi heyyətinə isə bayram sovqatları çatdırılmışdır.    Bayram tədbiri geniş konsert proqramı ilə davam etdirilmişdir.

Keçidlər