Xocavənd rayon qadınlarının konfransı keçirilmişdir.
Azərbaycan Qadınlarının IV qurultayına nümayəndələrin seçilməsi ilə bağlı 27 mart 2013-cü il tarixdə Xocavənd rayon qadınlarının konfransı keçirilmişdir. Konfrans iştirakçıları ilk öncə Rayon İcra Hakimiyyətinin inzibati binası qarşısında Ümummilli Lider Heydər Əliyevin xatirəsinə ucaldılmış abidəni ziyarət etmiş, abidə önünə tər gül dəstələri qoymuşdurlar. Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanmışdır. Tədbiri giriş sözü ilə açan Xocavənd Rayon İcra Hakimiyyəti başçısı Eyvaz Hüseynov müasir dövrdə Azərbaycan Respublikasının müstəqilliyinin möhkəmləndirilmnəsində, siyasi-hüquqi, sosial-iqtisadi sahələrdə eyni zamanda beynəlxal münasibətlərdə yeni uğurların əldə olunmasında kişilərlə yanaşı qadınların da böyük rolu olduğunu diqqətə çatdırmışdır. Başçı cəmiyyətimizin ictimai-siyasi həyatında və idarəetmə sistemində fəal mövqe tutan qadınlarmızın müstəqil respublikamızın daha da inkişafı, dövlətçilik ənənələrinin möhkəmlənməsi naminə daim əzmlə çalışdıqlarını bildirmişdir. Konfransda Rayon İcra Hakimiyyəti Başçısının müavini Ruslan Şirinov 2008- ci ildə keçirilmiş Qadınların III Qurultayından keçən dövr ərzində Respublikamızda həmçinin rayonda qadınlarla bağlı görülmüş işlərlə barəsində geniş məruzə ilə çıxış etdi.
Konfransda iştirak edən Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsinin Sədr müavini Sədaqət xanım Qəhramanova Azərbaycan qadınlarının müstəqilliyimizin qorunub saxlanılmasındakı tarixi missiyasından danışmışdır. Qadınların problemlərinin dəyirimi masalarda, qurultay, konfrans və seminarlarda müzakirələr şəkilində həll edilməsinin vacibliyin diqqətə çatdırdı. Bu günkü müasir Azəri qadınının hansı meyyarlara cavab verməli olduğundan bəhs edərək bildirdi ki, bu günün gənc intelektual qadını sabahın anası kimi bu millətin genefondu olan gənc nəslin tərbiyə edilməsində çox mühüm rol oynayacaqdır. Sədaqət xanım toplantı iştirakçılarının hansı tanınmış şəxslərlə görüşmək istədiklərini səmimi şəkildə bilməkdə maraqlı olduğunu qeyd etdi. Xocavənd qadınlarının müharibənin ağrı acısını yaşadığını, onların bir çoxlarının şəhid anası olduğunu bildirən natiq qadınların psixologiyasına təsir etmiş bu hadisələrin nəticələrinin aradan qaldırılmasının çox əhəmiyyətli olduğunu vurğuladı.
Konfransda Azərbaycan Qadınlarının IV Qurultayına 8 nəfər qadın nümayəndə seçildi.