Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən respublikamızın hər yerində olduğu kimi, Beyləqan rayonu ərazisində xocavəndli məcburi köçkünlər üçün salınmış Xocavənd qəsəbəsində də əhalinin tibbi müayinəsi uğurla davam edir.

01 mart 2019 | 16:00

         Xocavənd rayonunda müayinələrin uğurla həyata keçirilməsi üçün müxtəlif ixtisaslı həkimlərdən ibarət 2 briqada yaradılıb. Beyləqan rayonu ərazisindəki Xocavənd, Yeni Xocavənd, Yeni Tuğ, Yeni Qaradağlı və 320 ailəlik qəsəbələrdə məskunlaşan xocavəndli məcburi köçkünlərin tibbi müayinəsi rayon mərkəzi xəstəxanasında aparılır. Sakinlər burada müxtəlif ixtisaslı həkimlərin qəbulunda olur, kardioqram, ultrasəs və sair müayinələrdən keçirilir.
       Aksiya başlayandan bu günədək rayon üzrə 1089 nəfər sakin müayinə olunub. 90 nəfər ambulator, 8 nəfər stasionar müalicəyə cəlb edilib. Səyyar həkim briqadaları mart ayından başlayaraq, Ağcabədi rayonu ərazisindəki 556 ailəlik qəsəbədə və Beyləqan rayonu ərazisində məskunlaşmış xocavəndli məcburi köçkünlərin müayinəsini həyata keçirəcəklər.
       Prezident İlham Əliyevin Azərbaycanın hər bir vətəndaşının sağlamlığına diqqəti və qayğıkeş münasibəti xocavəndli məcburi köçkünlər tərəfindən minnətdarlıqla qarşılanır.

Keçidlər