Şriftin ölçüsü :

Saytın rəngi :

Xocavəndli şahmatçı Tahirova Fidan David qızı II yerin qalibi olub.

04 mart 2019 | 16:00

               Xocavəndli şahmatçı Tahirova Fidan David qızı II yerin qalibi olub.
“Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə keçirilən Xocalı Soyqırımını qurbanlarının xatirəsinə həsr olunmuş ənənəvi respublika şahmat turniri başa çatdı. 26 fevral-03 mart 2019-cu il tarixlərində Ağcabədi rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbində keçirilən turnirdə 35 rayon və şəhərin uşaq-gənclər idman-şahmat məktəblərindən 317 şahmatçı mübarizə apardı. Turnir “A” və “B” qrupları üzrə isveçrə sistemi ilə 9 turdan ibarət olmaqla keçirildi. “A” qrupunda 11-16 yaşlı şahmatçılar, “B” qrupunda isə 10 yaşadək şahmatçılar mübarizə apardı.
     Yarışın keçirilməsində əsas məqsəd Xocalı soyqırımının 27-ci ildönümünün qeyd edilməsi, şahmatçıların ustalıq səviyyələrinin, idman dərəcələrinin və beynəlxalq reytinqinin artırılmasından ibarət idi..
           Xocavənd rayon Uşaq-Gənclər İdman-Şahmat məktəbinin şahmatçısıTahirova Fidan David qızı 14 yaşadək qızlar arasında II yerin qalibi olub.

 

Keçidlər