Xocavənd Rayon İcra Hakimiyyətində keçirilən yığıncaqda əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlar müzakirə edilib.
Xocavənd Rayon İcra Hakimiyyətində keçirilən yığıncaqda əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlar müzakirə edilib.
05 fevral 2019-cu il tarixdə Rayon Mədəniyyət evində "Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilən, əhalinin sosial rifahının yaxşılaşdırılmasına yönəldilmiş qərarların təbliği ilə bağlı görüləcək işlər"ə həsr olunmuş geniş Şura iclası keçirilmişdir. İclasda çıxış edən Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul edilmiş, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəlmiş qərarların, o cümlədən minimum əməkhaqlarının və pensiyaların, tələbələrin təqaüdlərinin, müharibə veteranlarına, şəhid ailələrinə verilən müavinətlərin əhəmiyyətli dərəcədə artırılması, 12 mindən çox şəhid vərəsəsinə 11 min manat birdəfəlik vəsaitin ödənilməsi, məcburi köçkünlərin və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, bəzi çoxmənzilli binalarda mənzillərin sənədləşdirilməsi, eyni zamanda, problemli kreditlər sahəsində vətəndaşların maliyyə yükünün azaldılması və müavinətlərin artırılması istiqamətində həyata keçirilən tədbirlərin xocavəndlilər tərəfindən də razılıqla qarşılandığını bildirib.
Rayon icra hakimiyyəti başçısının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Azər Süleymanov Prezident İlham Əliyev tərəfindən əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş son sərəncamlar barədə məlumat verib.
Yığıncaqda iştirak edən sakinlər Cənab Prezidentə minnətdarlıqlarını ifadə ediblər.