“2013-cü ilin birinci rübü ərzində görülmüş işlərin yekunları və qarşıda duran vəzifələr” barədə hesabat iclası keçirilmişdir.
Xocavənd Rayon İcra Hakimiyyətinin Başçısının “2013-cü ilin birinci rübü ərzində görülmüş işlərin yekunları və qarşıda duran vəzifələr” barədə hesabat iclası keçirilmişdir. 22 aprel 2013-cü il tarixdə Yeni Xocavənd qəsəbəsi Xocavənd Rayon İcra Hakimiyyəti başçısı Aparatının inzibati binasında “2013-cü ilin birinci rübü ərzində görülmüş işlərin yekunları və qarşıda duran vəzifələr” barəsində Rayon İcra Hakimiyyəti başçısının hesabatı ilə əlaqədar olaraq toplantı keçirilmişdir. Toplantıda rayon idarə, müəssisə və təşkilat rəhbərləri iştirak etmişdir. Toplantını giriş nitqi ilə açan Rayon İcra Hakimiyyəti başçısı Eyvaz Hüseynov 2013-cü ilin birinci rübü ərzində görülmüş işlər barəsində ətraflı məlumat verdi. Daha sonra çıxış edən Xocavənd Rayon Maliyyə Şöbəsinin müdiri Fəyyaz Azadov və Xocavənd Rayon Vergilər İdarəsinin müdiri İlham Mirzəyev görülmüş işlər barədə ətraflı məlumat verdilər.