Şriftin ölçüsü :

Saytın rəngi :

Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov səyyar qəbul keçirib

14 mart 2019 | 16:00

            Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov səyyar qəbul keçirib.
        Növbəti səyyar qəbul-görüş 14 mart 2019-cu il tarixdə 320 ailəlik Xocavənd qəsəbəsində keçirilib. İcra başçısı aparatının rəsmilərinin, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət və xidmət idarələri rəhbərlərinin iştirakı ilə keçən qəbul-görüşdə qəsəbənin sosial-iqtisadi inkişafı və fərdi məsələlərlə bağlı sakinlərin müraciət və təklifləri dinlənilib, qaldırılan məsələlərin həlli ilə bağlı müzakirələr aparılıb.
         Sakinlər həyata keçirilən quruculuq-abadlıq işlərinə, yol infrastrukturunun yaxşılaşdırılmasına, aqrar sahədə görülən işlərə verilən dəstəyə görə ölkə Prezidentinə minnətdarlıqlarını ünvanlayıblar. Onlar maddi-məişət şəraitinin yaxşılaşdılması ilə bağlı qəbul olunan qərarları, minimum əmək haqqının, minimum əmək pensiyalarının, məcburi köçkünlərə verilən yemək xərcinin və digər müxtəlif təqaüd və müavinətlərin artırılmasını, problemli kreditlər məsələsinin həllinə göstərilən köməkliyi dövlətin vətəndaşlarına əvəzsiz qayğısı kimi yüksək dəyərləndiriblər.
         Görüşün sonunda icra başçısı verilən təkliflər və qaldırılan məsələlərlə bağlı aidiyyəti məsul şəxslərə müvafiq tapşırıqlar verib.

Keçidlər