Şriftin ölçüsü :

Saytın rəngi :

Xocavənd rayon Polis şöbəsinə yeni təyin olunmuş rəis polis polkovnik-leytenantı Mirhüseynov Xəyyam Cahangir oğlunun təqdimat mərasimi keçirilmişdir.

18 mart 2019 | 16:00

             18 mart 2019-cu il tarixdə Xocavənd qəsəbəsində rayon Polis şöbəsinə yeni təyin olunmuş rəis polis polkovnik-leytenantı Mirhüseynov Xəyyam Cahangir oğlunun təqdimat mərasimi keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin rəisi polis General mayoru Arzu Daşdəmirov, Füzuli Rayonu Polis Şöbəsinin rəisi polis polkovniki Xəqani Məmmdəov və rayon hüquq mühafizə orqanlarının rəhbərləri iştirak etmişdir. Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov tədbirdə çıxış edərək rəisi təbrik etmiş və gələcək fəaliyyətində uğurlar arzulamışdır. Başçı bildirmişdir ki, daxili işlər orqanlarında xidmətə hazırlığın yüksəlməsi, intizamın güclənməsi, mənəvi psixoloji durumun və sosial müdafiənin yaxşılaşdırılması, peşəkar kadr özəyinin yaradılması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu siyasət hazırda Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Azərbaycan polisi cinayətkarlığa qarşı mübarizədə ictimai qaydanın və təhlükəsizliyin təminində daxili sabitliyin yaradılması sahəsində qanunla müəyyən edilən vəzifəsini layiqincə yerinə yetirir.

Keçidlər