Şriftin ölçüsü :

Saytın rəngi :

“Narkomaniyaya “yox” deyək” mövzusunda tədbir keçirilib

27 mart 2019 | 16:00

           Xocavənd rayon Salakətin kənd tam orta məktəbində Xocavənd Rayon İcra Hakimiyyəti başçısı yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə Komissiyası tərəfindən “Narkomaniyaya “yox” deyək” mövzusunda tədbir keçirilib. Tədbirdə çıxış edən Rayon Polis Şöbəsinin rəisi polis polkovnik-leytenantı Xəyyam Mirhüseynov bəşəriyyət üçün böyük bəlalardan olan narkomaniyanın törətdiyi fəsadlara qarşı mübarizənin bu gün xüsusilə aktual xarakter daşıdığını, narkomaniya əleyhinə aparılan tədbirlərin hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu və bu istiqamətdə mühüm tədbirlər həyata keçirildiyini bildirib.

     Tədbirdə narkomaniyaya qarşı mübarizənin ən mühüm vəzifələrdən biri olduğu, bu bəla ilə mübarizədə gənclər və yeniyetmələr arasında maarifləndirmənin düzgün aparılmasının vacibliyi qeyd edilib.

Keçidlər