Zərifə xanım Əliyevanın 90 illik yubileyi münasibətilə tədbir keçirilmişdir.
26 aprel 2013-cü il tarixdə “Xocavənd” qəsəbəsi, Rayon Mədəniyyət Evində Xocavənd Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və rayon səhiyyə işçilərinin iştirakı ilə Respublikamızda tibb elminin inkişafına mühüm töhfələr vermiş görkəmli oftalmoloq, Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü Zərifə xanım Əliyevanın 90 illik yubileyi münasibətilə tədbir keçirilmişdir. Tədbir iştirakçıları ilk öncə Ümummilli Lider Heydər Əliyevin xatirəsinə ucaldılmış abidənin önünə tər gül dəstləri qoymuşlar. Daha sonra Rayon Mədəniyyət Evində tədbir davam etmişdir. Tədbiri giriş nitqi ilə açan Rayon İcra Hakimiyyəti başçısının müavini Ruslan Şirinov görkəmli akademik Zərifə xanım Əliyevanın Azərbaycan səhiyyəsi tarixində oynadığı rol haqqında məlumat vermişdir. Ruslan Şirinov qeyd etdi ki, Ümummillli Lider Heydər Əliyevin ömür gün yoldaşı olan Zərifə xanım görkəmli alim olmaqla yanaşı, həm də fəal ictimai xadim, qayğıkeş ana olmuşdur.
Daha sonra çıxış edən Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Nurəngiz Bəşirova görkəmli akademik, oftomoloq Zərifə xanım Əliyevanın Respublikamızda tibb elminin inkişafına mühüm töhfələr verərək oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə nəinki keçmiş SSRİ məkanında, həmçinin dünya miqyasında böyük şöhrət qazandığın bildirdi. Onun elmi-pedaqoji və ictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərdiyini qeyd etdi. Mərkəzi Rayon Xəstəxanasının həkimlərinin, rayon ictimaiyyəti nümayəndələrinin iştirakıyla keçirilmiş tədbirdə 120 nəfər iştirak etmişdir.